Gədəbəydə avtomobil aşıb, sürücü ölüb
Gədəbəy rayon Düz Yurd kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Səfərov Sezar idarə etdiyi avtomobili aşırıb. O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 268
Xəbəri paylaş
Paylaş: