Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Samux rayonunun Alıuşağı kəndində ölümlə nəticələnən avtomobil qəzası olub. "Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 1998-ci il təvəllüdlü Səddam Mirzəyev dünyasını dəyişib. Qəzanın "VAZ-2107" markalı avtomobilin maneəyə çırpılması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: