Bakıda ev yanıb
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: