Laza kəndində nə baş verib?:
Turistlərin geyimi, yoxsa avtomobil sıxlığı - VİDEO
Qəbələ rayonunun Laza kəndində yerli sakinlərlə turistlər arasında insident yaşanması haqqında xəbər vermişdik. Globall.az xəbər verir ki, "baku tv" "Lazada nə baş verir?" sualının izi ilə hadisələrin cərəyan etdiyi kəndə yollanıb. Çəkiliş qrupu ilə söhbət zamanı kənd ağsaqqalı Məhərrəm kişi deyir ki, gələn qonaq başım-gözüm üstünə amma... "Maşın əlindən biz hərəkət edə bilmirik. Həftə sonu kəndə giriş-çıxışlarda ciddi problemlə üzləşirik". Kənd sakinlərini narazı salan yeganə məqam turist avtomobilləri deyil. Onlar həm də, qonaqların geyim-kecimlərindən gileylənirlər. Hazırda insident yaşandığı yerdə sakitlikdir. Sakinlərin əsas istəyi budur ki, kəndin girişində parkinqlər qurulsun. Daha ətraflı sujetdə:
Oxunub: 164
Xəbəri paylaş
Paylaş: