“Şübhəm təsdiqləndi, yeni müharibə üçün…” –
Babacanyan
Globall.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat və onun çıxışları haqda danışarkən deyib. “Xəbərdarlıq etdiyim təsdiqləndi: yepiskopun taxtının arxasında qızışan Köçəryana yaxın Rusiyanın casus şəbəkəsinin üzvləri, “diplomatlar” və siyasi dairələr, eləcə də baş yepiskopun (II Qaregin) özü Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri tərəfindən (aprelin 19-da) imzalanmış delimitasiya protokolunu pozmaq məqsədi güdürlər. Həmin protokol mayın 15-də təsdiq üçün Ermənistan parlamentinə göndəriləcək”, – partiya sədri vurğulayıb. Babacanyanın iddiasına görə, revanşistlər Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləməyə çalışırlar: “Şübhə yoxdur ki, bu dəstə Ermənistan dövlətçiliyinin daxildən darmadağın edilməsinə nail olmaq qərarına gəlib. Ümid edirəm ki, kilsə və möhtərəm patriarx dövlət və xalq qarşısında öz məsuliyyətini dərk edərək, dağıdıcı prosesi beşiyində boğmaq üçün lazımi addımları atacaq”.Hakimiyyəti ələ keçirmək üçün lazım olan daxili ehtiyatları toplaya bilmədikləri üçün Azərbaycanın Ermənistana hücumu üçün qanuni zəmin yaratmağa qərar veriblər.