Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Putin heç vaxt Ermənistanla sülh sazişinin imzalanmasına yol verməyəcək…”
  • Moskvadan Azərbaycanın da daxil olacağı müharibə PLANI - Ukraynaya məğlub olsa...
  • "Azərbaycanla yaxşı münasibətlərimiz var"- İran XİN rəhbərinin müavini
  • Rusiya və Türkiyə diplomatları “3+3” formatını müzakirə etdilər
  • Türkiyə İsraillə yaxınlaşır:
  • Türkiyə Ermənistanla sərhədləri açır? – Açıqlama

    • Tarix: 14-05-2024, 16:04

    “Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gələcək istənilən siyasətçi dərhal Azərbaycan və Türkiyə ilə yeni konfrontasiyaya başlayacaq və bu daha yüz il sürəcək”.

    Globall.az     xəbər verir ki, bunu haqqin.az-a müsahibəsində türkiyəli tanınmış politoloq, Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Həsən Oktay deyib.

    “Bu, əlbəttə ki, erməni müxalifətinin müstəqil seçimi deyil. Rusiyanın son 150 ildə Güney Qafqazda ardıcıl həyata keçirdiyi strateji siyasətidir. Qafqaz regionunda Rusiya imperiyasının tarixi münaqişələr yaratmaq üzərində qurulub. Paşinyan təcrübəli siyasətçi kimi Azərbaycanla sülhün önəmini dərk edir və buna görə faktiki Bakı ilə sülh sazişinin imzalanmasına, deməli, Türkiyə ilə münasibətlərin normallaşmasına gətirib çıxaracaq qərarlar qəbul edir”, – deyə analitik vurğulayıb.

    Onun əminliyinə görə, bu gün regionumuzun taleyi üç ölkənin – Azərbaycan, Ermənistan və Türkiyənin ortaq qərarından asılıdır: “Söhbət indiki mərhələdə siyasi nizamlamanı gözləmədən Ermənistan-Türkiyə sərhədinin açılmasından və Ermənistanın tranzit imkanlarından istifadədən, habelə Zəngəzurdan keçən ekstraterritorial nəqliyyat dəhlizi deyil, Naxçıvan Muxtar Respublikası ilə materik Azərbaycan arasında Qarabağ münaqişəsinədək mövcud olmuş və Ermənistanın özünə də iqtisadi cəhətdən sərfəli olan adi bir yoldan gedir”.

    Həsən Oktay daha sonra fikrini belə davam etdirib: “Ankara üçün hazırda Ermənistan-Türkiyə sərhədini açmağın əsl vaxtıdır. Hesab edirəm ki, yalnız erməni tərəfdən təşəbbüs gözləməkdənsə, Türkiyənin özü irəliyə doğru addım atmalıdır. Hər halda Azərbaycanın işğal altındakı bütün torpaqları artıq azad edilib, Qazax rayonunun 4 kəndinin qaytarılması ilə bağlı razılıq əldə olunub. O zaman niyə də türk diplomatları İrəvanla münasibətlərdə çeviklik göstərməsin?

    Doğrudur, Ermənistan konstitusiyasında Ağrı dağının Ermənistana aid olması barədə bənd var. Ancaq Paşinyan yeni demokratik konstitusiya qəbul etməyə hazırlaşır. Ona görə də qəti inamıma görə, saxta “soyqırım” məsələsini hər iki tərəf gələcəkdə müzakirə edə bilər”.

    Türkiyəli politioloq hesab edir ki, Ankara-İrəvan münasibətlərinin normallaşması və Ermənistan-Türkiyə sərhədinin açılması Rusiya hərbçilərinin Qarabağı tərk etdiyi kimi, Ermənistanı da tərk etməsinə gətirəcək: “Türkiyə ilə sərhəddə rus sərhədçilərinin mövcudluğu bütünlüklə erməni-türk düşmənçiliyi faktoruna bağlıdır. Münasibətlər nizamlanan kimi rus sərhədçilərin Ermənistan tərəfində davamlı qalmasının mənası itəcək. Bundan əlavə, Ermənistan-Türkiyə münasibətlərinin bərpası Sərkisyan-Köçəryanın rəhbərlik etdiyi Rusiyanın “beşinci kolon”unu mənasız bir rudimentə çevirəcək”.

    Hasan Oktay: İran Ərdoğana ciddi ehtiyac duyur - KAFKASSAM - Kafkasya  Stratejik Araştırmalar Merkezi

    Azərbaycanlı ekspertlər Həsən Oktayın mülahizələrini bölüşürmü? Türkiyə bölgədə Rusiya amilini tam sıradan çıxarmaq üçün sülh müqaviləsi imzalanmadan da Ermənistanla sərhədləri aça bilərmi? Bakının buna reaksiyası necə olar?

    Xatırladaq ki, rəsmi Ankara İrəvanla əlaqələrin normallaşmasını onun Bakı ilə sülh sənədi imzalamasına bağlayır. Bakı isə Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb edir.

    Deputat Azər Badamov bu fikirlərlə razılaşmır: “Ermənistanda baş verən etiraz aksiyaları hətta Paşinyan hakimiyyətinin çevrilişinə aparsa belə yaratdığımız yeni reallığı heç kim dəyişə bilməz. Revanşistlərin hakimiyyətə gəlişindən sonra Azərbaycanla yenidən güc dilində danışacaqları ilə bağlı səsləndirdikləri fikirlər sadəcə insanları öz arxalarınca apararaq hakimiyyəti əllərinə keçirmək üçün etdikləri siyasi təxribatdan başqa bir şey deyil. Çünki, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etmişik. Onlara Azərbaycan əsgəri ilə üz-üzə gələ biləcək ordusunu formalaşdırmaq üçün on illər lazım olacaqdır. Həm də Azərbaycan da bir yerdə dayanmayıb. Silahlı Qüvvələrinin güclənməsi üçün davamlı tədbirlər görülür. Orduya yeni silahlar alınır və peşəkarlıq artırılır. Bu baxımdan Ermənistanda revanşizmdən danışanlar da hakimiyyətə gəlsə belə, əlinə silah alıb Azərbaycan ordusu ilə müharibəyə girmək cəsarəti heç vaxt olmayacaq. 44 günlük müharibə döyüş meydanında silahı yerə ataraq qaçan 12 mindən çox fərarinin ürəyinə elə bir qorxu düşüb ki, həmin qorxunu onların canından heç kim çıxarda bilməz. İrəvanda meydana çıxaraq müharibədən danışmaq heç də döyüş meydanında müharibə edə bilmək bacarığı kimi qəbul olunmamalıdır. Türkiyə-Ermənistan sərhədinin dərhal açılmalı olduğunu ifadə edən türkiyəli politoloq Həsən Oktayın fikirləri ilə heç cürə razı ola bilmərəm. Çünki, Azərbaycan -Türkiyə “Bir millət iki dövlətdir”. Türkiyənin Prezidenti dəfələrlə açıq şəkildə qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi imzalanmamış və Zəngəzur dəhlizi açılmamış Ermənistanla sərhədlər açıla bilməz. Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycan-Ermənistan münasibətlərinin necə olacağından asılıdır. Əgər Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizinin açılmasına razılığını bildirərək belə bir sənəd imzalayarsa, təbii ki, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi də reallaşa bilər. Əks halda nə Azərbaycanla, nə də Türkiyə ilə Ermənistanın sərhədləri açılmayacaq və bu ölkə uzun illərdə olduğu kimi yenə də təcrid olunmuş şəkildə qalmağa davam edəcək”.

    Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hələ də sərhədlərin açılmasından danışmağın tez olduğunu düşünür: “Ermənistanla Türkiyə sərhədlərinin açılması məsələsi artıq bir neçə dəfə gündəmə gəlib, lakin bu məsələnin yaxın zamanlarda reallaşacağı qeyri real görünür. Ermənistanın Türkiyəyə münasibətdə tarixi düşmənçilik və soyqırım iddiaları davam etdikcə iki ölkə arasında münasibətlərin normallaşması və sərhədlərin açılması çətindir. Həmçinin, unutmaq olmaz ki, Türkiyənin daxili siyasəti də bu məsələ ilə bağlı qərara təsir etmək gücündədir. Qarşı tərəfdə isə, indiki hakimiyyətin yürütdüyü siyasətə baxmayaraq, Ermənistandakı millətçilik meylləri, bununla bağlı daxili siyasi vəziyyət və iqtidara edilən təzyiqləri də nəzərə alsaq Paşinyanın da belə bir addım atacağını düşünmürəm. Halbuki, sərhədlərin açılması Rusiyanın bölgədəki nüfuzunu zəiflədə, Ermənistan iqtisadiyyatının yaxşılaşmasına töhfə verə bilər. Rusiya öz maraqları baxımından sərhədlərin açılmasında maraqlı deyil və bu vəziyyətdən də narahat olacaq. Odur ki, bölgədəki proseslərə nəzarətini itirməmək üçün o da müvafiq addımlar atacaq. Həmçinin unutmaq olmaz ki, Türkiyə və Azərbaycan dostluğu və həmrəyliyi fonunda Azərbaycanın maraqlarını nəzərə almadan dost ölkə belə bir siyasi manevr etməz. Azərbaycanın Qarabağ məsələsindəki maraqlarını qorumaq və dəstəkləmək məqsədilə Türkiyə Ermənistanla sərhədlərin açılmasını Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi şərtinə bağlayır və verilən açıqlamalar birmənalı şəkildə bu yöndədir”.

    AĞ partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə hesab edir ki, sülhə qədər Ermənistanla sərhəddin açılması revanşizmin ölmədiyi bu ölkəyə nəfəslik vermək olar: “Görürəm ki, qardaş ölkənin bəzi siyasətçi və politoloqları “milleti sadıka” faciəsini unudublar. Ermənistan ümumiyyətlə, hərbisizləşdirilməlidir. Mən bunu ilk dilə gətirən olmuşam və indi də təkrarlayıram. Ermənistana məhdud sayda sərhəd xidməti və daxili problemlər üçün polis kifayət edər. Ermənistanda liberalın da, ənənəçinin də şovinizm damarı var. Əsrlərlə Tiqranın arzularını yuxusunda görüb hamının yuxusuna zəhər qatan bir toplumdan söhbət gedir. Paşinyan da düzdür sülh istəyir. Amma nə üçün? Öncə iqtisadi rifah və güc, sonra hərbi diriliş. Məhz bu səbəbdən hələ də orduya bənzər qurumu olan Ermənistanla sərhədi açmaq olmaz. Bu nədir bilirsinizmi? Bu öncə ticarət, pul, gəlir deməkdir. Bu gələcəkdə ora yatırım edəcək türk iş adamlarını lobbi fəaliyyətinə cəlb etmək deməkdir. Bu “hamımız Hrant Dinkiz” deyənlərin güclənməsi deməkdir. Bu Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək deməkdir. Ermənistanla sərhədin açılması onun danışıqlarda dilini uzadar. Sən sərhədi fakt bağlı saxlayırsan. Açsan yenidən hansısa bir formada necə bağlayacaqsan. Ermənistanla Zəngəzur dəhlizi açılmadan sərhəddi açmaq Türkiyə xarici siyasətində və ticarətində Naxçıvan amilinin zəifləməsi deməkdir. Ona görə də, bunu düşünmək belə təhlükəlidir. Ermənistanla sərhədi açmaq Rusiya amilinə qarşı ola bilməz. Rusiya Ukraynada Qərbi bütün institutları ilə dizə gətirdi. Ola bilər ki, Türkiyə ilə yeni dünya konfiqurasiyası üzərində çalışır. Ona görə Oktay müəllim tələsməsin”.


    Oxunub: 85
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.