İmişlidə avtomobil azyaşlı bacı və qardaşı vurub
İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub. "Report"un məlumatına görə, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub. Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: