Bakıda avtomobil sərxoş qadını vurub
Bakının Xətai rayonunda 44 yaşlı qadını avtomobil vurub. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Həmidova İrina Əziz qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, hadisə baş verən an İ.Həmidova sərxoş olub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 167
Xəbəri paylaş
Paylaş: