BMT tribunasında ən uzun çıxış edən liderlər - 4 saat yarım
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında liderlərin çıxışları davam edir.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın bugünkü çıxışı təxminən 1 saat davam edib.
Baş Assambleyada dövlət və hökumət başçıları üçün çıxış vaxtı rəsmi olaraq 15 dəqiqə ilə məhdudlaşdırılır.
Lakin təcrübə göstərir ki, bu qaydaya çox vaxt əməl olunmur. BMT-nin rəsmi qeydlərinə görə, Baş Assambleyanın açılış iclaslarında ən uzun çıxışlardan biri 1960-cı ildə Kuba lideri Fidel Kastro tərəfindən edilib. O, təxminən 4,5 saat danışaraq tarixə düşüb.
Uzun nitqləri ilə yadda qalan başqa bir lider isə Liviya rəhbəri Müəmmar Qəddafi olub. O, 2009-cu ildə keçirilən 64-cü Baş Assambleya iclasında 1,5 saatdan çox danışıb.
Press-fakt
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: