Moskvaya PUA hücumu - Partlayış səsləri eşidildi

Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərdə partlayış səsləri eşidilib.
Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşımlar ediblər.
Moskva ətrafındakı Odintsovo rayonu, Naxabino, Ramenki, Zelenoqrad, eləcə də paytaxtın Konkovo, Kuzminki, Çertanovo və mərkəzi rayonlarının sakinləri azı 10 partlayışa bənzər səs eşitdiklərini bildirirlər.
Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri ölkənin paytaxtı üzərində pilotsuz uçuş aparatlarının (PUA) hücumunun qarşısını almağa çalışır.
Hadisə yerində bütün təcili yardım xidmətləri işləyir.
Hadisə ilə bağlı hələki rəsmi açıqlama verilməyib.
Press-fakt
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: