Ərdoğan Nyu-Yorkda böyük coşğu ilə qarşılandı - VİDEO
Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasına qatılmaq və müxtəlif görüşlər keçirmək üçün ABŞ-də olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda böyük coşğu ilə qarşılanıb.
Buradakı "Türk Evi"ni ziyarət edən Ərdoğan ABŞ lideri Donald Trampla görüşəcəyini bildirib.
"Birləşmiş Millətlər Təşkilatında danışacağıq. Cənab Trampla görüşümüz var. Bu, regiona aiddir. Yaxın Şərqdə atılan hər addım bizim üçün həyati əhəmiyyət kəsb edir və təbii ki, bunları cənab Trampla müzakirə etməliyik. Bu, çox, çox vacibdir", - deyə o qeyd edib.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş: