Adnanın əmlaklarına HƏBS QOYULUB, xanımının HESABLARI BLOKLANIB - KİV
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulduğu bildirilir.
Press-fakt xəbər verir ki, bu barədə “Günün səsi” mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, iş adamının “Port Baku”dakı mənzilinə, bazarına, çoxsaylı avtomobillərinə, həmçinin bu yaxınlarda “Seabreeze”də aldığı yeni bir neçə mənzilə həbs qoyulub.
Sayt yazır ki, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.
Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.

Oxunub: 35
Xəbəri paylaş
Paylaş: