Ağdam şəhərinə ilk köçün VAXTI AÇIQLANDI - İlk mərhələdə 110 ailə
Cari ilin noyabrında Ağdam şəhərinə ilk köç planlaşdırılır.
Press-fakt xəbər verir ki, bunu "Report"un sualına cavab olaraq Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib
Onun sözlərinə görə, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub.
"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır".
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: