Qazaxda piyadanı yük avtomobili vuraraq öldürüb
Qazaxda piyadanı yük avtomobili vuraraq öldürüb. "Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Şıxlı kənd sakini olan kişini TIR vurub. Ölən piyada 1987-ci il təvəllüdlü İbrahim Süleymanovdur. O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: