Kürdlər və Dəməşq neft sazişi bağladı
Suriyanın şimal-şərqində fəaliyyət göstərən və əsasən kürdlərdən ibarət olan “Suriya Demokratik Qüvvələri” (SDQ) neft hasilatını Dəməşqə təhvil verməyə razılıq verib.
Bu barədə məlumatı Syria TV yayıb. Məlumata görə, razılaşma Deyr əz-Zor əyalətindəki neft yataqlarını əhatə edir və bu addım həmin bölgələrin Suriya dövlətinin inzibati sisteminə inteqrasiyasına doğru ilk addım kimi qiymətləndirilir.
Razılaşmaya əsasən, SDQ hasil olunan neftin bir hissəsini daxili tələbat üçün saxlayacaq və regionu idarə etməyə davam edəcək. Bununla yanaşı, Dəməşq razılaşdırılmış qaydada əsas obyektlərə və təhlükəsizlik strukturlarına öz nümayəndələrini təyin edə biləcək.
Hazırda sazişin şifahi xarakter daşıdığı bildirilir.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: