İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO

İsrailin saxladığı Qlobal Sumud Flotilyasında olan 94 fəal İstanbula gedib.
Press-fakt xəbər verir ki, fəalların təxliyyəsi üçün İordaniyadan xüsusi reyslə yola düşən Türk Hava Yollarına məxsus təyyarə İstanbul hava limanına çatıb.
18-i Türkiyə, 76-sı xarici ölkə vətəndaşı olan 94 fəalı İstanbul Hava Limanının VİP salonunda ailələri, bir neçə rəsmi şəxs və çox sayda vətəndaş qarşılayıb.
Qeyd edək ki, Qlobal Sumud Flotilyası Qəzzaya humanitar yardım aparmışdı.
Oxunub: 22
Xəbəri paylaş
Paylaş: