Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
Bu gün 92 yaşlı Pol Biya Kamerunda prezident seçkilərində səkkizinci müddətə namizədliyini irəli sürür.
Bu barədə "The Guardian" yazıb.
Nəşr qeyd edib ki, 1982-ci ildən bəri hakimiyyətdə olan Biya istefa çağırışlarını rədd edir, lakin nadir hallarda ictimaiyyət qarşısında görünür.
"Bizim namizədimiz əla formadadır və o başladığı işi davam etdirməyə qadirdir", - deyə əmək naziri və hakim partiyanın baş katibi Qrequar Ovona Fransanın RFI radiosuna bəyanat verib.
Qələbə qazandığı təqdirdə, Biya, demək olar ki, 100 yaşına qədər prezident postunda qala biləcək./report
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: