RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib.
Press-fakt xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna öz "facebook" hesabında məlumat yayıb.
O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıblar
Eyni zamanda Şəhidlər xiyabanına getdiklərini, şəhidlərin xatirəsini yad etdiklərini bildirib.
“Dünyanın öndə olan paytaxt şəhərlərindən bizim paytaxtımız heç də geri qalmır. Başda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq”, – Xanım Hənna əlavə edib.