İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
Fələstinin HƏMAS hərəkatı bu gün əsir aldığı israilli həbçi və mülki şəxslərin bir qrupunu sərbəst buraxacağını bəyan edib.
Təşkilat iki ildir İsrailin yerini müəyyən etməyə çalışdığı əsirlərin siyahısını açıqlayıb. Siyahıda 20 şəxsin adı yer alıb.
İsrailin “Kan” radiosunun məlumatına görə, HƏMAS 7 nəfərdən ibarət ilk qrupu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib. Həmin şəxslərin vəziyyətinin qənaətbəxş olduğu, heç bir sağlıq probleminin olmadığı bildirilir.
Digər əsirlərin də yaxın saatlarda BQXK əməkdaşlarına təhvil veriləcəyi gözlənilir.
“Al Aqsa” telekanalı BQXK əməkdaşlarının artıq girovların təhvil veriləcəyi əraziyə yollandığını bildirib.
Onu da qeyd edək ki, İsrail və HƏMAS arasındakı razılaşma çərçivəsində İsrail təqribən 2000 fələstinli məhbusu azad edəcək. Onlardan əksəriyyəti Qəzzaya və yaxud qonşu ölkələrə göndəriləcək.
Press-fakt