Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
Əfqanıstan Müdafiə Nazirliyi Pakistanla sərhəddə baş verən silahlı toqquşmaların dayandırıldığını açıqlayıb.
Bu barədə qurum sosial şəbəkə X hesabında məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Kabildə həyata keçirilən hava zərbəsinə cavab olaraq Əfqanıstan qüvvələri gecə saatlarında Pakistanın müxtəlif bölgələrindəki sərhəd postlarına hücumlar həyata keçirib. Bildirilir ki, əməliyyatlar gecəyarısına yaxın başa çatıb.
O da qeyd edilib ki, əgər Pakistan tərəfi bundan sonra hərbi fəaliyyətini davam etdirərsə, Əfqanıstan qüvvələri müdafiə xarakterli cavab tədbirlərinə hazırdır.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: