KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
KXDR-in hakim Əmək Partiyasının 80 illik yubileyi münasibətilə keçirilən paradda Şimali Koreya hakimiyyəti yeni "Xvason-20" qitələrarası ballistik raketini nümayiş etdirərək, onu ölkənin "ən güclü nüvə silahı" adlandırıb.
Bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KMXA) məlumat yayıb.
"Şimali Koreyanın ən güclü strateji nüvə sistemi olan "Xvason-20" qitələrarası ballistik raketi meydanda peyda olanda tamaşaçıların sevinci pik həddə çatıb", - KMXA bildirib.
Sentyabrın əvvəlində agentlik məlumat vermişdi ki, Şimali Koreya lideri Kim Çen In yeni nəsil "Xvason-20" qitələrarası ballistik raketində istifadə edilməsi planlaşdırılan ən son bərk yanacaq mühərrikinin sınaq nəticələrini nəzərdən keçirib.
Oxunub: 21
Xəbəri paylaş
Paylaş: