Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb
Bakı sakini bıçaqlanıb, telefonu əlindən alınıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 18-i saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin paytaxt sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: