Goranboyda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb
Goranboy-Tərtər avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb bürosunun məlumatına görə, avtomobil 64 yaşlı piyada Qasımov Şahin Məhəmməd oğlunu vuraraq öldürüb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: