Quru çörək təzəcə bişirilmiş kimi olacaq - Cəmi 5 dəqiqəyə...
Çörək bayatlaşdıqda, onu yemək istəmirsiniz, çünki quru və sərt olur. Globall.az publika.az-a istinadən çörəyin təravətini necə bərpa edəcəyini izah edir: Bunu etmək üçün bir soba və təbii parçadan hazırlanmış dəsmal lazımdır. Sizə cəmi beş dəqiqə vaxt lazımdır. Həmin dəsmalı isti suda isladın və yaxşıca sıxın. Bayat çörəyi dəsmalla sarın və 100-120 dərəcəyə qədər qızdırılan sobada 5 dəqiqə saxlayın. Bundan sonra çörəyi çıxarın, təzəcə bişirilmiş kimi ləzzətlə yeyin.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: