Yaponlar düyünü necə bişirir? -
Ən sağlam üsul
Onlar düyüdən bizim kimi yağlı, ətli plov bişirmir. Sadəcə tərəvəz, balığın da yanına düyü qoyurlar. Globall.az yaponların daha sağlam düyü bişirmə qaydasını təqdim edir: - Onlar yumru düyü bişirir. Bu çox vacibdir. Uzun basmati düyünü yaponlar yemir - Düyüyə heç bir əlavə ədviyyat, duz qatılmır - 1 stəkan iri, yumru düyüyə 1,25 stəkan soyuq su götürülür. Bu vacibdir. Məhz bu nisbət idealdır. - Bişməzdən əvvəl düyü minimum yarım saat, yaxşı olar ki, 1 saat islağa qoyulsun. - Sonra soyuq su ilə 3 dəfə yuyulur və suyu tam süzülür. - Qalın dibli qazana düyü və 1,25 stəkan su alınıb, zəif odda bişirilir. - Su qaynata düşəndən sonra daha 15 dəqiqə zəif odda bişirilir. - Odu söndürüb, daha 10 dəqiqə qapağı bağlı saxlayırlar. Bu sanki düyünü dəmə qoymaqdır. - Yalnız bundan sonra düyü ət, tərəvəz və ya balıqla süfrəyə verilir. - Yaponlar düyüyə metal çəngəl-qaşıq vurmur. Onu taxta çubuqları ilə yeyirlər. Amma siz taxta qaşıqdan istifadə edə bilərsiz. Yaponiyada hər gün demək olar, hər yeməkdə düyü yeyirlər. Hətta bəzi desertləri də düyüdən olur
- Qapaq bağlanır və bişənə kimi qapaq açılmır.