Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • 
  • İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı -
    İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
  • 
  • Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
    Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
  • 
  • Şair Əlisəmid Kür vəfat edib
    Şair Əlisəmid Kür vəfat edib
  • 
  • Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
    Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
  • 
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Abşeronda dəhşətli ailə cinayəti: Qardaş bacısının başını kəsdi (Təfərrüat)
  • Nişanlısı ilə qardaşı evləndi, mesajları görüb öldürdü - Bakıdakı qətlin təfərrüatı
  • Abşeronda dəhşət - Kişi arvadının başını kəsərək öldürüb, oğluna xəsarət yetirib
  • Ata 35 yaşlı qızını öldürdü
  • Azərbaycanda biznesmenlər arasında atışma: İş adamı öldürüldü
  • Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət

    • Tarix: 28-03-2024, 10:51

    Ucar rayonunda 2000-ci il təvəllüdlü Rüzgar qısqanclıq zəminində yaranan mübahisə zamanı anası Jaləni (adlar şərti verilib - red.) qətlə yetirib.

    Globall.az   Teleqraf.com-a istinadla xəbər verir ki, Rüzgar mobil telefonuna 1981-ci il təvəllüdlü anası Jalənin səhvən intim məzmunlu mesaj göndərməsindən sonra onun kənar şəxslə sevgi münasibətində olmasından şübhələnib.

    Bu məsələni aydınlaşdırmaq məqsədilə 17 avqust 2023-cü ildə o, Moskva şəhərindən Bakıya qayıdıb. Avqustun 18-də gecə saat 4 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlib və istintaqla müəyyən edilməsi mümkün olmayan taksi ilə Jalənin tək yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evinə yola düşüb.

    Rüzgar Jalənin yatdığı otağa daxil olub, yuxudan oyanan anasından kiminlə sevgi münasibətində olduğunu soruşub. Jalə oğluna şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini deyib, üzünə şillə vurmasından əsəbiləşib.

    Rüzgar yaranmış mübahisə zamanı iki əli ilə anasının boğaz nahiyəsindən yapışıb və döşəmə üzərinə yıxaraq, onu boğub öldürüb.

    "Atam evdən getdi"

    İstintaq orqanı tərəfindən Rüzgarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüzgar ona elan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, mərhum Jalə doğma anasıdır, atası Fərrux 2021-ci ildə evdən gedərək Bakı şəhərində yaşamağa başlayıb: "Məndən başqa iki bacım isə ailə həyatı quraraq ayrı yaşayırlar.

    2020-ci ilin iyulunda hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra Bakı şəhərinə getdim. 2022-ci ilin yanvar ayına qədər müxtəlif restoranlarda ofisiantlıqla məşğul oldum. Həmin tarixdən isə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə, əmimin yanına getdim, onun yanında işlədim".

    "Anamla əlaqə saxlayırdım"

    Rüzgar qeyd edib ki, Moskva şəhərində olduğu müddətdə yalnız bir dəfə - 2023-cü ilin yanvarında sürücülük vəsiqəsi almaq məqsədilə Ucar rayonuna gəlib: "Həmin vaxt anamın başqa kənar şəxslərlə münasibətinin olmasından şübhələndim. Evin darvazasına və həyətə müşahidə kamerası quraşdırdım. 10-15 gün qaldıqdan sonra yenidən Moskva şəhərinə qayıdaraq işlərimə davam etdim. Moskvada olduğum müddətdə anamla hər gün əlaqə saxlayırdım".

    Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 avqust 2023-cü ildə vatsapda anasından səhvən gələn səsli mesaja qulaq asdıqda onun kənar şəxslə intim münasibətdə olmasını başa düşüb: "Dərhal anama zəng edərək bu səslərin nə olduğunu soruşdum. Anam mənə səs atdığını inkar etməyə başladı, sonra da telefonu söndürdü.

    Yenidən səsləri anama göndərdim, sonra ona zəng etdim. Anam zəngə 3-cü dəfə cavab verdi. Telefonda ona evdən çıxıb yox olmağı tapşdırdım. Anam isə evdən çıxmayacağını, həmin səslərin özünə aid olmadığını söylədi".

    "Bibim dedi, rayona səhər gedərsən"

    Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 17-də anasına Azərbaycana qayıdacağını, o, gələnə kimi evdən çıxmağı tapşıraraq telefonu söndürüb: "Həmin gün Bakı şəhərinə uçuş bileti aldım. Avqustun 17-də təyyarə ilə Bakıya uçdum. Bibim Nazilənin Sulutəpə qəsəbəsindəki evinə getdim. Oradan anama zəng edərək Bakıda olduğumu və bir daha evdən çıxmasını tələb etdim.

    Saat 18 radələrində bibim oğlu Xəlilə zəng edərək Bakıya gəldiyimi, onunla görüşmək istədiyimi bildirdim. Xəlil Quba rayonundan Bakıya qayıtdığını, yolda olduğunu, Sulutəpə qəsəbəsində görüşə biləcəyimizi söyldi. Saat 21 radələrində Sulutəpə qəsəbəsində "Dörd yol" deyilən ərazidə Xəlillə görüşərək söhbət etdik.

    Xəlil bibim Naziləyə zəng edərək, mənimlə bir yerdə olduğunu və Ucar rayonuna getmək istədiyini dedi. Bundan sonra Xəlil telefonu mənə verdi. Bibimlə telefonda təxminən 2 dəqiqə danışdım. Bibim gecə olduğu üçün Ucar rayonuna səhər getməyi məsləhət gördü. Onun sözlərinə məhəl qoymayaraq Ucar rayonuna indi gedəcəyimi dedim və telefonu Xəlilə verdim.

    Xəlil Ucara nə məqsədlə getməyimi soruşduqda, ona anam Jaləni görmək istədiyimi dedim".

    "Şans verməyimi istədi"

    Rüzgarın sözlərinə görə, Xəlilə avtovağzala, oradan da taksi ilə Ucar rayonuna gedəcəyini bildirib: "Xəlillə sağollaşdım, avtobusla avtovağzala getdim, saat 01.20-də Bakıdan nömrəsini xatırlamadığım "Mercedes" markalı taksi ilə yola çıxdım. Saat 4 radələrində Ucar rayonuna çatdım. Kəndimizin girişində taksidən düşərək piyada evə getdim.

    Darvazadan həyətə baxdıqda heç kəsin olmadığını gördüm. Darvaza bağlı olduğu üçün bitişik hasardan tullanaraq həyətə keçdim. Qonaq otağında olan çarpayıdan səs gəldikdə anamın yuxudan ayıldığını hiss etdim. Ayaqqabımı soyunaraq qonaq otağına daxil oldum. Otağa girən kimi işığı yandırdıqda anamın çarpayıda oturmuş vəziyyətdə qorxaraq mənə baxdığını gördüm.

    Anamdan niyə evdən çıxmadığını soruşdum və telefonunu götürdüm, zənglərə, mesajlara, şəkillərə baxdım. Telefonda kənar şəxsə aid heç nə tapmadım. Anam mənə səhv etdiyini, bir də belə bir şey olmayacağını dedi. Həmin an başqası ilə münasibətinin olduğunu təsdiqləyərək ona şans verməyimi istədi".

    "Anam xırıldamağa başladı"

    Rüzgar deyib ki, anasından evdən çıxmağı tələb edib və qolundan tutaraq çarpayıdan qaldırıb:

    "Bu zaman o, öz istədiyi kimi yaşayacağını, heç kimin ona heç nə deyə bilməyəcəyini, heç kimə şəxsi həyatı ilə bağlı hesabat verməyəcəyini və heç kimin sözüylə evdən çıxmayacağını dedi. Sonra qışqıraraq mənə nalayiq ifadələr işlətməyə başladı. Üzümə sağ tərəfdən şillə vurdu.

    Anamın boğazından iki əlimlə yapışaraq boğmağa başladım. Dizlərimi yerə qoyduqdan sonra yenə boğmağa davam etdim. Daha sonra anamı arxası üstə uzatdım, bu vəziyyətdə də onu boğdum. Bu zaman anam mənim boğaz nahiyəmə cırmaq atdı. Cırmaq atdıqda əllərimi boğazından çəkdim, anam xırıldamağa başladı".

    "Meyiti iki palaza bükdüm"

    Rüzgar qeyd edib ki, qonaq otağında elektrik ötürücüsünə taxılmış vəziyyətdə olan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş naqili ötürücüdən ayırıb, anasını yenidən arxası üstə döşəməyə sərərək dizlərini onun üzərinə basıb, müqavimət göstərməsinin qarşısını alıb:

    "Naqili boğazına dolayaraq çarpaz istiqamətdə sıxdım. Təxminən bir dəqiqə həmin vəziyyətdə anamı boğduqdan sonra onun öldüyünü anladım. Özüm ayağa qalxdım, naqil anamın boğazında qaldım. Otaqda olan iki palazdan birini götürdüm, anamın üzərinə sərdim və onu palaza bükdüm. Servantdan mobil telefona enerji ötürülməsi üçün nəzərdə tutulmuş iki naqil götürərək palazı bağladım.

    Palazı dartaraq evin eyvanına, qonaq otağı ilə yataq otağının arasına çıxardım. Birinci fikrim anamın meyitini eyvanda saxlamaq oldu. Havanın işıqlandığını gördükdə meyiti palazla birlikdə hadisə baş verən otağın sağında yerləşən yataq otağına sürüyüb apardım.

    Meyiti yataq otağının sağ küncünə uzandırdıqdan sonra qonaq otağında olan digər palazı gətirərək meyitin üzərinə atıb otaqdan çıxdım. Otağın qapısına qıfıl keçirsəm də, açarla bağlamadım".

    "Bibimə hər şeyi danışıb təslim oldum"

    Təqsirləndirilən şəxs deyib ki, kəndin giriş hissəsindən keçən Gürcüstan-Qazax-Bakı avtomagistral yolunun kənarında dayanaraq Bakı istiqamətində hərəkət edən "Opel" markalı avtomobilə minib və Bakı şəhərinə gedib:

    "Saat 9 radələrində Bakıda "20 Yanvar" metrosunun yaxınlığında düşdükdən sonra avtobusla bibimgilə getdim. Bibim məndən niyə evə gec gəldiyimi, saatlarla harada olduğumu, telefona niyə cavab vermədiyimi soruşduqda mən hirslənib ağlamağa başladım. Mətbəxin pəncərəsi açıq olduğuna görə bibimə evin arxasına keçməyi təklif etdim. Evin arxasında ağlaya-ağlaya bibimə bütün olanları danışdım.

    Babam Musaya zəng elədim. Amma onunla danışa bilmədiyimə görə telefonu bibimə verdim. Bibim baş verənləri babama danışdı. Daha sonra Moskvada yaşayan əmim Əliyə və digər bibim Günaya zəng edərək anamı qətlə yetirdiyimi dedim.

    Əmim telefonda ağlayaraq mənə gedib təslim olmağımı dedi. Bibilərim Günay və Nazilə ilə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə getdik. Könüllü polisə təslim oldum".

    "Videodakı "N" hərfinin kim olduğunu soruşdum"

    İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən Rüzgarın bibisi Nazilənin sözlərinə görə, qardaşı Fərruxla Jalə təxminən hadisədən bir il əvvəl faktiki ayrılıblar: "Qardaşım arvadı Jaləyə nifrət etdiyini bildirərək onunla yaşamaq istəmədiyini dedi. Təxminən bir il əvvəl Ucar rayonunun kəndinə yasa gələndə camaat arasında Jalənin başqa kişi ilə münasibətinin olması barədə söz-söhbət yayıldığını eşitdim. Jalənin özü də adına yalandan başqa bir şəxslə münasibətinin olması haqqında kənddə şayiələr çıxardıqlarını dedi. Son zamanlar Jalənin vatsapda daim onlayn olduğunu görürdüm. Niyə bu qədər onlayn olmağının səbəbini soruşduqda, qızları ilə danışdığını deyirdi".

    Nazilə qeyd edib ki, avqustun 12-də Jalənin Bakıda yaşayan qızı Sayalı qaynanası ilə birlikdə Ucar rayonuna yasa gedib: "Sayalı anası Jalədən ötrü darıxdığından 5-6 gün onunla qalmaq istəsə də, Jalə qızının qalmasına icazə vermədi, onu taksi ilə Bakıya yola saldı.

    Bundan başqa, avqustun 7-də baldızım və eyni zamanda Jalənin qudası olan Kəmalənin qızı Fatimə mənə vatsapda onun statusun ekran görüntüsünü göndərdi. Jalənin vatsapa, "Tik-tok"a qoyduğu videoda "N" baş hərfi və ürək şəkilləri vardı. Videoya görə bacım Günaya zəng etdirərək Jalədən videoda olan "N" hərfinin kim olduğunu soruşdum. Jalə həmin videonu vatsapa bilməyərəkdən qoyduğunu dedi".

    "Anasının yox olduğunu dedi"

    Nazilə deyib ki, qardaşı oğlu Rüzgar kənddə yaşayıb böyüyüb, hərbi xidmətdən sonra Bakı şəhərində bir müddət işlədikdən sonra Moskva şəhərinə əmisi Əlinin yanına yollanıb, meyvə-tərəvəz işi ilə məşğul olub: "Qardaşım Əli zəng edərək mənə Rüzgarın Bakıya gələcəyini, onun anası Jalə ilə nəsə bir işi olduğuna görə Ucara getmək istədiyini dedi. Növbəti gün, günorta saatlarında Rüzgar Sulutəpə qəsəbəsində yaşadığım evə gəldi. Həyətdə oturub yemək yedik, söhbət elədik.

    Təxminən 1 saat qaldıqdan sonra özünə nömrə alacağını və dostu ilə görüşəcəyini deyərək evdən çıxdı. Saat 21 radələrində bacım Günayın oğlu Xəlil zəng edərək Rüzgarın yanında olduğunu, bir az sonra isə zəng edərək Rüzgarın Ucar rayonuna getməkdə israr etdiyini dedi.

    Rüzgarla telefonda danışaraq Ucar rayonuna getməməsini, evə qayıtmasını və səhər birlikdə Ucara getməyi təklif etdim. O isə sözümə məhəl qoymayaraq gedəcəyini bildirdi. Avqustun 18-də saat 9 radələrində Rüzgar vatsapda yazaraq bizə çatdığını dedi, hamamı hazırlamağımı istədi.

    Saat 09.30-d Rüzgar bizə gələndə onun əllərinin əsdiyini və yaxşı vəziyyətdə olmadığını gördüm. Bunun səbəbini soruşduqda Rüzgar mənimlə birlikdə evin arxasına keçərək Jaləni pis vurduğunu, onun yox olduğunu dedi. Bundan sonra ağlamağa başladı".

    "Sevgili münasibətinin olduğunu dedi"

    Şahid qismində ifadə verən Sayalının sözlərinə görə, mərhum Jalə anası, təqsirləndirilən Rüzgar isə qardaşıdır:

    "Təxminən hadisədən bir il əvvəl atam Fərrux bizi tərk edərək evdən getdi. Bundan sonra atamı birdə heç vaxt görməmişəm.

    12 avqust 2023-cü ildə qaynanamla birlikdə Ucar rayonuna yasa gəldik. Anamdan ötrü darıxdığım üçün bir həftə onun yanında qalmaq istədim. Onun yanında cəmi 2 gün qaldım. Sonra anam Bakıya getməyimi tələb edərək məni yola saldı. Anamın evində qaldığı iki gündə kənddə olan Niyaməddin adlı qonşumuz evimizə gəldi.

    İki gün hər axşam saat 23 radələrində Niyaməddinlə anam bizdə qonaq otağında spirtli içki qəbul edib yemək yedilər. Niyaməddin bir gecə bizdə qaldı, bir gecə isə yeyib-içdikdən sonra getdi. Anam mənə Niyaməddinlə sevgi münasibətində olduğunu, bunu yalnız bacım Sahilənin bildiyini dedi.

    Qardaşım Rüzgarın Azərbaycana gəlməyindən xəbərim olmayıb. Həyat yoldaşım mənə Rüzgarın Azərbaycana gəldiyini, Ucara gedərək anamı döydüyünü, anamın xəstəxanada olduğunu, Rüzgarın isə tutulduğunu dedi. Buna görə həyat yoldaşım və qaynanamla kəndə getdik. Qardaşımın anamı qətlə yetirdiyini orada bildim".

    Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rüzgar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


    Oxunub: 87
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.