Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir
Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Globall.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Oxunub: 23
Xəbəri paylaş
Paylaş: