Alimlər iqlim dəyişikliyinin qlobal iqtisadiyyata zərərini hesablayıblar
Potsdam İqlimə Təsir Tədqiqat İnstitutunun alimləri belə qənaətə gəliblər ki, iqlim dəyişikliyi 2049-cu ilə qədər qlobal iqtisadiyyata ildə 38 trilyon dollara başa gələ bilər. Globall.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub. Qeyd olunub ki, bu səbəbdən qlobal iqtisadiyyat 19% kiçilə bilər. İtkilərin qlobal istiləşmə sürətinin azaldılması ilə bağlı xərclərdən altı dəfə çox olduğu vurğulanıb. Əsas təhlükə təbii fəlakətlərin – meşə yanğınları və qasırğaların daha tez-tez baş verməsidir. Materialda həmçinin Afrika və Cənubi Asiya ölkələrinin iqlim dəyişikliyindən ən ciddi problemlərlə üzləşəcəyi bildirilib.\report/
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: