"Elm və Təhsil Nazirliyi ali təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir"- Emin Əmrullayev
Azərbaycanda Elm və Təhsil Nazirliyi ali təhsilin təxminən 80 faizinə birbaşa nəzarət edir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir bildirib ki, universitetlərdə dəyişikliklərin həyata keçirilməsi çətin olduğundan, yalnız ənənəvi yanaşmalarla böyük nəticələr əldə etmək mümkün deyil.
"Artıq tələbələr üçün ənənəvi dörd illik təhsil, bir il təcrübə, magistratura və sonra iş həyatı modeli effektiv olmayacaq. Bizə hər gün alternativ yolları göstərmək və fərqli nəticələr yaratmaq lazımdır", - E.Əmrullayev əlavə edib./report
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: