Türkiyə polisinin keçmiş rəhbəri 2170 il cəza aldı
Türkiyə polisinin keçmiş rəhbəri Nazmi Ardıç 2170 il həbs cəzasına məhkum edilib.
Buna səbəb Ardıçın “Fənərbaxça” futbol klubunun keçmiş rəhbəri Əziz Yıldırıma qarşı təşkil edilən planda iştirakı olub.
“Samanyolu” media qrupunun keçmiş rəhbəri Hidayət Qaracaya isə 1406 il həbs cəza verilib.
Qeyd edək ki, 2011-ci ildə Əziz Yıldırım cinayətkar dəstə yaratmaq və razılaşdırılmış matçlar təşkil etməkdə ittiham edilərək 6 il müddətinə həbs edilmişdi./axar.az
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: