İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Press-fakt xəbər verir ki, Sammit Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Sammitdə iştirak edir.
İlham Əliyev Sammit çərçivəsində Nikol Paşinyanla görüşüb. Dövlət başçılarının regiondakı vəziyyəti müzakirə etdiyi bildirilir. Liderlərin görüşünü əks etdirən fotoşəkillər yayılıb.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: