"Barselona"dan COVID-19 TƏDBİRİ -
Maaşlar azaldıldı
"Barselona" futbol klubu bütün əməkdaşları üçün maaşları və iş gününü azaldıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərliyi bu addımı koronavirus səbilə fəaliyyətin dondurulmasına görə atıb.
Qeyd edək ki, klubun idman obyektləri epidemiya müddətində Kataloniya səhiyyəsinin departamentinə keçəcək.
Xatırladaq ki, İspaniya koronavirusa yoluxma həddinin zirvədə olduğu 4 ölkədən biridir.
Oxunub: 385
Xəbəri paylaş
Paylaş: