Ermənistan hakimiyyəti Rusiyanın Yekaterinbur şəhərindəki fəxri konsulu Narek Spartakyanın fəaliyyətinə xitam verib.

Bu barədə URA.ru yazır.

Resursun məlumatına görə, buna səbəb onun erməni kilsəsi və biznesmen Samvel Karapetyanın həbsi ilə bağlı ölkə rəhbərliyinin mövqeyi ilə razılaşmaması olub.

Nəşrin müxbiri ilə söhbətində Spartakyan qeyd edib ki, o, Yekaterinburqda yaşayıb və yaşamaqda davam edir, həmçinin fəxri konsul statusu olmadan da cəmiyyətin həyatına töhfə verə bilər.

Press-fakt