“10 GÜN DƏ ÇOXDUR”- Ağ Evin mövqeyi daha da sərtləşir
ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə sülh danışıqlarına başlaması üçün verdiyi vaxta yenidən baxıla bilər.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus deyib.
Bryus keçirdiyi brifinqdə Trampın Putinə verdiyi müddətin azaldıla biləcəyinə işarə vurub: "10 gününüz belə ola bilməz, bu dəyişə bilər".
Onun sözlərinə görə, Donald Tramp əvvəlcə təyin edilmiş 50 günlük müddəti qəsdən qısaldıb, çünki “orada nə baş verdiyini bilir”.
Qeyd edək ki, bundan öncə ABŞ senatoru Riçard Blumental Vladimir Putinin “daha çox vaxta layiq olmadığını” deyib və Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinə daha tez baxmağa çağırıb./azpolitika
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: