Ukrayna Pokrovsku itirməyə yaxındır - Rus ordusu bir neçə istiqamətdə irəliləyib
Bir ilə yaxındır Rusiya kimandanlığının əsas hədəfinə çevrilmiş Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında vəziyyət günbəgün mürəkkəbləşir.
Bubu təkcə Rusiyanın hərbi blogerləri deyil, ukraynalı şərhçilər də şəhərin yaxın zamanda işğal edilə biləcəyini qeyd edirlər.
Ukrayna Müdafiə Nazirliyinə yaxın sayılan “DeepState” layihəsinin yazdığına görə, iyulun 30-na keçən gecə Rusiya işğalçı qoşunları Donetsk vilayətinin bir sıra yaşayış məntəqələri yaxınlığında irəliləyə bilib: "Düşmən Razinoe, Temirovka, Maleevka, Aleksandroqrad və Yablonovka yaxınlığında irəliləyib".
Qeyd olunur ki, Rusiya qoşunlarının Pokrovsk-Konstantinovka magistral yoluna doğru hərəkəti sürətlə şimala - Dobropolye istiqamətinə “uzanır”. Bu isə Pokrovsk və Mirnoqrad yaxınlığındakı Ukrayna qüvvələrini mühasirə təhlükəsi ilə üz-üzə qoyur. Həmçinin, bu ərazidəki Ukrayna qoşunlarının təchizat xətləri kəsilir. Ukraynalı hərbçilər ali komandanlığın buna diqqət yetirməsini xahiş edirlər. Bu o deməkdir ki, bir müddət sonra Ukrayna komandanlığı Pokrovskdakı qüvvələri geri çəkmək məcburiyyətində qalacaq.
Hərbi mütəxəssislər bu cür vəziyyətin yaranmasını Rusiyanın canlı qüvvə üstünlüyü, Ukraynanın isə şəxsi heyət çatışmazlığı ilə izah edirlər./azpolitika