TRAMP PUTİNİ YENİDƏN HƏDƏLƏYİB - 50 günlük ultimatumu bir daha nəzərdən keçirəcək

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə Ukrayna ilə atəşkəslə bağlı danışıqlar aparmaq üçün verilən vaxtı qısaltmaq niyyətində olduğunu bildirib.
UNİAN-ın müxbirinin verdiyi məlumata görə, bu barədə Tramp Böyük Britaniyanın Baş naziri Key Starmerin iştirakı ilə Turnberrydə (Şotlandiya) birgə mətbuat konfransı zamanı deyib. Amerika lideri bir daha qeyd edib ki, Putindən çox məyus olub. Ona görə də 50 gündən sonra Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcəyinə söz verib.
"Biz müzakirələr apardıq və biz dəfələrlə hansısa qərara gəldiyimizi düşündük. Sonra Putin çıxıb Kiyev kimi hansısa şəhərə raketlər atmağa başlayır, çoxlu insanı öldürür və mən deyirəm: siz bunu edə bilməzsiniz. Ona görə də görək bundan nə çıxacaq", - ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin əlavə edib ki, Kreml rəhbərinə verdiyi 50 günlük ultimatumu yenidən nəzərdən keçirəcək, çünki o, “cavabını artıq bildiyinə inanır”. O qeyd edib ki, o, artıq Putinlə 4 dəfə danışıb və müharibənin həll oluna biləcəyini düşünüb. Onun sözlərinə görə, Ukrayna genişmiqyaslı müharibəni dayandırmaq üçün "nəsə etmək istəyir"sə də, Rusiya Federasiyasından yalnız "danışmaq" eşidilir.
Press-fakt