“ABŞ-ın BMT qətnaməsinə müraciət etməsi yersizdir” –
İran XİN
“Heç bir beynəlxalq qətnamə Tehrana hərbi peykləri orbitə buraxmağı qadağan etmir”.
TASS-ın verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib ki, heç bir qətnamə İranın kosmosa peyk buraxmasına mane olmur: “Ona görə də ABŞ-ın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə müraciət etməsi yersizdir”./apa
Oxunub: 278
Xəbəri paylaş
Paylaş: