Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
ÇÖRÇİLL niyə Ədəbiyyat üzrə NOBEL MÜKAFATINA layiq görülüb?
Press-fakt.az
    
  • Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR:
    Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR: Sentyabrın 1-dən...
  • 
  • Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
    Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
  • 
  • “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”-
    “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”- Səfir Ferqus Auld
  • 
  • Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir -
    Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir - Ukraynada
  • 
  • Tramp ölüm cəzasını bərpa etmək istəyir
    Tramp ölüm cəzasını bərpa etmək istəyir
  • 
  • Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
    Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
  • 
  • Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
    Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
  • 
  • Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
    Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
  • 
  • "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"-
    "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"- Abbas Əraqçi
  • 
  • Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...-
    Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...- Özbəklər AQTA-dan nə öyrənəcək?
  • 
  • Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
    Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
  • 
  • MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -
    MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -  RƏSMİ
  • 
  • İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
    İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
  • 
  • "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"-
    "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
  • 
  • MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! -
    MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! - HƏR ADDIMLARI İZLƏNƏCƏK
  • 
  • Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
    Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
  • 
  • Rusiya Donetskə zərbə endirib - 
    Rusiya Donetskə zərbə endirib -  150-yə yaxın şəxs şaxtada qalıb
  • 
  • ABŞ-a səyahət bahalaşır:
    ABŞ-a səyahət bahalaşır: Vizaya əlavə 250 dollar rüsum gəlir
  • 
  • Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...-
    Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...- “Bolt”dan şikayət yağır /VİDEO
  • 
  • AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR -
    AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR - Səbəb nədir?
  • 
  • Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ -
    Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ - Özlərini belə "SATIRLAR" /FOTO
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Preident onlara "Şöhrət" ordeni verdi
  • Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin edildi
  • Rüstəm Usubov istefaya göndərilir?.. - “Məsələ artıq həll olunub...“
  • Prokurorluq orqanlarında YENİ TƏYİNATLAR
  • Kamran Əliyev BU RAYONLARA yeni prokurorlar TƏYİN ETDİ
  • Əfsanəvi istintaqçı: “30-dan çox adamın ölüm cəzasına imza atmışam” - MÜSAHİBƏ

    • Tarix: 14-12-2022, 12:31


    İkram Kərimov həm müstəntiq, həm prokuror, həm hakim, həm də vəkil kimi fəaliyyət göstərmiş nadir hüquqşünaslardandır. “Qafqazinfo” olaraq hazırda Vəkillər Kollegiyasının üzvü olan və bu yaxınlarda 80 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif edilən qocaman istintaqçı ilə görüşüb onun həyat yolunun bir hissəsinə nəzər saldıq.

    İkram Kərimov sovet illərində Azərbaycanda böyük rezonansa səbəb olan ağır cinayətlərin açılmasında müstəsna rol oynayıb. Onun istintaq etdiyi işlərlə bağlı təcrübələr bir sıra dünya ölkələrində tədris edilməkdədir.


    Qısa arayış:

    Əməkdar hüquqşünas İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub.

    Həmin müsahibəni təqdim edirik:

    - İkram müəllim, tələbəlik illərini də nəzərə alsaq, 60 ildən çoxdur hüquq sahəsindəsiniz...

    - Bunların hamısı hüquqşünas olmaq arzumla bağlıdır. 1959-cu ildə qərar verilmişdi ki, Jurnalistika və Hüquq fakültəsinə qəbul elan edilsin. Orada qeyd edilirdi ki, orta məktəbi bitirəndən sonra azı 2 il istehsalatda işləyən insanlar bu ixtisaslara sənəd verə bilər. Sovxozlardan birində fəhlə vəzifəsinə qəbul olundum, 1 il sonra elan yayıldı ki, qiyabi şöbəyə qəbul var və işləyən şəxslər də müraciət edə bilər, mən də sənədlərimi verdim və bir “4”, iki “3” qiyməti ilə, cəmi 10 balla fakültəyə qəbul olundum. Bunu xatirələrimdə də yazmışam, bu qiymətlərlə universitetə daxil olmuşam. Bəzən məndən soruşurlar ki, nə üçün kitabınızda “3” qiyməti ilə universitetə qəbul olunduğunuzu yazmışınız? Hər dəfə deyirəm ki, bu, bir istiqamətdir ki, insanlar “3” qiymətinin keçərliliyini hiss etsin. Bu qiymətlə də universitetə daxil olmaq olardı, gərək ki, əsl “3” olsun. İki il sonra əyani şöbədə təhsil almağa başladım. Həyatımdakı ən böyük dönüş də əyaniyə keçməklə oldu.

    - Necə oldu ki, istintaqçı oldunuz?

    - Tələbə ikən prokurorluqda stajor kimi mühüm işlər üzrə müstəntiqlərin qrupunda işləməyə başlamışdım. Yay tətili vaxtı rayona getmirdim, ictimai əsaslarla müstəntiqlərə kömək edirdim, çağırış vərəqələri paylayırdım, işləri tikirdim, nömrələyib siyahıları tuturdum. Sonradan özüm də müstəntiq kimi işləyəndə gördüm ki, onların bu köməkliyə həddindən ziyadə ehtiyacı olur. Ümumilikdə isə prokurorluqda düşdüyüm mühit mənə çox kömək etdi, mənə həyatı öyrətdilər, mənə istintaqa məhəbbəti aşıladılar və mənim aspiranturada oxumağımı məsləhət bilmədilər. İstintaq da məni elə cəlb etmişdi ki, prokurorluqda qalıb işləyəsi oldum.

    Ölüm hökmü verilən şəxsin bəraət aldığı iş olub

    - İcraatınızdakı ilk iş hansı olub?

    - İlk iş yerim Qusar Rayon Prokurorluğunda müstəntiq vəzifəsi oldu. Azərbaycan SSR-in Cinayət Məcəlləsində belə bir maddə var idi: İnşaat materiallarını qanunsuz yolla əldə etmə. Bu maddə Sovet İttifaqına daxil olan ölkələrin çoxunda yox idi, lakin bizdə var idi. Mürtəce bir qanun idi, nə qədər insan bu qanunun təsiri altına düşüb vəzifələrini itirmişdi, həbsxanalara düşmüşdü. Qusara gələndə də partiya komitəsinin iclası olmuşdu və orada bildirilmişdi ki, rayonda qanunsuz ev tikənlər çoxdur, buna qarşı mübarizə aparılmalıdır. Kampaniya şəraitində bir neçə şəxsin barəsində “qanunsuz inşaat materialları əldə etmə” maddəsi ilə cinayət işi qaldırılmışdı. Bunlardan biri də Qusarın Xuray kəndində qazmada yaşayan və tikdirmək istədiyi evin dam örtüyü üçün şifer almış çoban ailəsi ilə bağlı idi. Həmin evə gedəndə şiferlərin sənədi təqdim edilməmişdi, sonra mən çobanın olduğu Salyan rayonundakı qışlağa getdim, məlum oldu ki, sənədlər çobanın üstündə qışlaqdadır və şiferlər qanuni yolla, sənədlə Xudat dəmiryolu stansiyasından filan bazadan alınıb. Bazaya da gedib sənədləri əldə etdim. Özlüyümdə düşündüm ki, mən hüquqşünas olarkən belə insanlara qarşı sənəd hazırlamağı qarşıma məqsəd qoymamışam axı… Çoxları elə bilirlər ki, müstəntiq kimisə ittiham etmək üçündür. Müstəntiq olmaq həqiqəti bərpa etməkdir. İcraatımda olmuş işlərin bəlkə də yarıdan çoxunda araşdırmaların nəticəsində şəxsin təqsirli olmamasına qərar verilib. Onların arasında əvvəllər dəfələrlə məhkum edilmiş də, hətta ölüm hökmünə məhkum edilmiş şəxs də olub. Həmin şəxs həyatda olarkən ölüm hökmünə məhkum edilməsi ilə bağlı ittiham onun üzərindən götürülüb. Qusardakı ilk işimdə də çoban haqqındakı cinayət işinə xitam verdim, heç prokurorla məsləhətləşmədim. Axı prokuror məndən narazı qalacaqdı ki, əsassız cinayət işi qaldırıb. Qərarı dəftərxana vasitəsilə ona çatdırdım və qərarın altında da yazdım ki, götürülən qurum tərəfindən əvvəlki yerinə qaytarılsın, yəni çobanın ailəsi şiferləri yenidən daşımaq məcburiyyətində qalmasın.

    - Ölüm cəzası tələb etdiyiniz şəxslər kimlər olublar?

    - Hər cinayət işinin özünəməxsus xüsusiyyətləri var. Mən təbiət etibarilə kövrək insanam, müəyyən hadisələri görəndə kövrələ bilərəm. Amma desəm ki, 30-dan çox şəxsin ölüm cəzası almasına imza atmışam, burada ziddiyyət yaranır. Amma izah olunsa ki, bu ölüm cəzası alan şəxslər hansı əməlləri törədib, onda özün-özündən məmnunluq duyursan ki, belə cəmiyyətə yararsız şəxslərin yaşayıb ziyan vurmaqda davam etməsinə də ehtiyac yoxdur. Düzdür, mən ölüm cəzasının əleyhinə olan şəxsəm, insanlar elə bilər ki, mən ölüm cəzasının tərəfdarıyam. Yox, elə deyil. Amma ozamankı qanunlarda bunlar var idi. Ancaq ağırlaşdırıcı halda qəsdən bir neçə adamın öldürülməsi ilə bağlı işlər üzrə ölüm hökmünün verilməsi olub məndə. Qanunda rüşvət alma, dövlət əmlakının mənimsənilməsi, valyuta əməliyyatları qaydalarını pozma, dövlətə xəyanət, casusluq və sair kimi əməllərə görə də ölüm hökmü nəzərdə tutulurdu. Lakin mənim icraatımda olan və ölüm hökmü verilmiş işlər yalnız qəsdən ağırlaşdırılmış halda adam öldürmə əməlləri ilə bağlı olub.

    “Bu işlərdən qəsd, qatil iyi gəlir”

    - Müstəntiqdən fərqli olaraq, prokurorun cinayət işi başlatmaq səlahiyyəti var, siz də uzun müddət prokuror kimi çalışmısınız.

    - Mən 6 il 6 ay müddətində Əzizbəyov rayonunda (indiki Xəzər) prokuror işləmişəm. Prokuror kimi hələ təcrübəsiz idim. Ora gedəndə belə bir halla rastlaşdım ki, rayonda 2 iş var, hələ cinayət işi deyil, materialdır. İtmiş şəxsləri axtarırlar. Bir evdən nənə ilə nəvə 7 ildir yoxdur, digər ailədə isə ana ilə əlil qızı neçə ildir yoxdur, elə hey bunları axtarırlar. İstintaqçı olmağım mənə diktə edirdi ki, bu işlərdən qəsd, qatil iyi gəlir. Bunlar elə-belə axtarılmamalıdır. Bunu araşdırmaq üçün cinayət işi qaldırılmalıdır. İş də qaldırılanda Moskvaya qədər xüsusi məlumat gedirdi ki, iki nəfərin öldürülməsi ilə bağlı iş qaldırıldı. Bundan sonra iki ay müddətində cavab verməlisən ki, tap bunu kim edib. Buna qarşı da müqavimət olurdu ki, birdən-birə açılmamış ölüm işlərinin sayı artdı. Hər iki iş iki ay müddətində açıldı. Gülçülük sovxozunda əlil bir qız yoxa çıxıb, üstündən 4 il keçir anası da yoxdur, 7 ildir ki, ana və qızı itkin şəxs kimi axtarılır. Bir evdən iki nəfər itkin düşmüş hesab olunur. Axı bu, təbii hal deyil. O vaxtlar məhkəmə prosesi klublarda keçirilirdi. Anası ilə bacısını qətlə yetirən həmin şəxsin məhkəməsi də Şüvəlanda 400-500 sakinin iştirakı ilə səyyar məhkəmə heyəti tərəfindən klubda keçirildi. Bunun çox böyük tərbiyəvi, maarifləndirici əhəmiyyəti var idi. Mən həmin şəxsə orada ölüm hökmü tələb etdim və icra da edildi. İndi deyin, mən hansı hissləri keçirməliyəm? Bir tərəfdə qətlə yetirilmiş şəxslər, bir tərəfdə də qanun və qatil. İnsan dərk etməlidir ki, müstəntiq də, prokuror da nələr çəkir.

    - Müstəntiq, prokuror, hakim və vəkil kimi çalışmısınız. Birini seçməli olsaydınız, hansına qərar verərdiniz?

    - Ancaq istintaq, müstəntiqi seçərdim. Yaradıcı iş odur. Müstəntiq də, prokuror da, hakim də vəzifədir. Lakin müstəntiq olan şəxs həm də sənətkar olmalıdır, yaradıcı olmalıdır. Məsələn, Səttar Bəhlulzadə hansısa gülü seçib onu çəkirdi, onu məcbur edən də yox idi ki, əsərini hansı müddətə başa çatdırsın. 3 ay, bir il, bəzən illərlə işləyir bir əsərin üstündə. Müstəntiq də sənətkardır, amma müstəntiq qanunun ona verdiyi vaxt çərçivəsində əsərini ortaya qoymalıdır. Tablo bu gün yaxşı olmaya bilər, yenidən çəkmək mümkündür. Müstəntiqin isə səhv etmək şansı yoxdur. Məndən kimsə inciyə bilməz ki, niyə müstəntiqliyi seçirsən, çünki bu vəzifələrin hamısında çalışmışam. Məndə 200-300 cildlik cinayət işi, 700 səhifəlik ittiham aktı olub. Bəlkə də müqayisəm etik çıxmayacaq, müstəntiqi bir futbol topuna bənzədirəm, meydanda olan hər kəs onu vurur. İşi yazıb-oxuyub, tikib bitirirsən, qoyursan əvvəlcə müdafiəçilərin qarşısına, oxuyurlar, hər biri nöqsan axtarır, vəsatətlər verirlər, mövqelərini bildirirlər, sonra iş gedir prokurora, o da harada nə nöqsan var axtarır, o da təsdiq etməlidir. İş sonra gedir məhkəməyə, məhkəmədə də onu oxumalıdırlar. Orada artıq hakimlər, başqa prokurorlar, zərərçəkmiş tərəfin nümayəndələri də oxuyurlar. Sonra şikayət olur, gedir yuxarı instansiyaya. Bir dəfə saymışdım, müstəntiqin hazırladığı iş 70-dək prokurorun, hakimin, ittihamçının, vəkilin əlindən keçir. Amma müəllif bir nəfərdir və hamı nöqsan axtarır. O futbol topuna hamı ayaq vuran kimi, müstəntiqin də işi ortadadır, hamı ona zərbə vurmağa çalışır. İş o qədər mükəmməl olmalıdır ki, bu qədər zərbələrə tab gətirə bilsin, bütün suallara cavab olsun.

    Bir zəng cinayətin üstünün açılmasına kifayət edir

    - Elmi-texniki inkişafla istintaqçıların da işi xeyli rahatlaşıb, artıq texniki təqib vasitələri kifayət qədər həlledici rol oynayır, sizin çalışdığınız dövrlə indiki şəraiti necə müqayisə edərdiniz?

    - Tez-tez televizorda görürsünüz də... Göstərirlər ki, əməliyyat keçirildi, filankəs rüşvət alarkən kabinetdə tutuldu, axtarış aparıldı və sair. Artıq bu işin kim tərəfindən törədilməsi də məlum oldu. Nadir müstəntiqlər var idi ki, bütün kateqoriyalı işləri istintaq edirdi. Bəziləri ölüm, bəziləri təsərrüfat, bəziləri vəzifə cinayətləri. Tale elə gətirib ki, bütün kateqoriyalar üzrə işləri istintaq etmişəm. O vaxt indiki kimi deyildi, aylarla araşdırmalar aparılırdı, iynə ilə gor eşmək kimi idi. Məndə bir iş var idi, rayonlardan birinin birinci katibinin pul almasına dair cinayət işi idi, orada 37 nəfər müqəssirliyə cəlb olunmuşdu. Amma ortalıqda pul yox idi. Hansı pul verilib, necə verilib bilinmirdi. Düzdü o vaxt da işarələnmiş pullardan, xüsusi vasitələrdən istifadə edilirdi, sübutlar toplanırdı. Bəzən belə hadisələrdə bəraət alanlar da olurdu. Məlum olur ki, bu, kiminsə tələsidir, həmin şəxsə oyun qurublar, əlində pul tutulsa da, bəraət alanlar olurdu. Amma bütün hallarda o dövr üçün onların istintaqı çətin idi. İndi texniki innovasiyalar da imkan verir ki, müstəntiq bəzi işləri daha rahat və tez açsın. Məsələn, ad çəkməyəcəyəm, bir tanınmış ailənin evinə basqın olmuşdu, ər və arvadı başqa-başqa otaqlarda tutub əl-qollarını, ağızlarını bağlayıb evdə pul-qızıl axtarmışdılar. Lakin həmin şəxs heç nə tapa bilməyəndə onu oraya göndərən şəxsə zəng etmişdi ki, bəs burada heç nə yoxdur. Təkcə həmin zəng bu cinayətin üstünün açılmasında həlledici olmuşdu. Zəng etməsəydi, o işi açmaq çətin olardı, bəlkə mümkün olmazdı. Bütün hallarda müstəntiqin vəzifəsi işin faktiki hallarını bərpa etməkdir, hadisə necə olub, onu bərpa edib ortaya qoymalıdır.

    - İstintaq etdiyiniz ən maraqlı iş hansı olub?

    - 1969-cu ildə mühüm işlər üzrə müstəntiq təyin edildim. O vaxt ölkədə cəmi mühüm işlər üzrə 9 müstəntiq var idi və vəzifənin adı belə gedirdi: Azərbaycan SSR Prokuroru yanında mühüm işlər üzrə müstəntiq. 1974-cü ilin oktyabr ayınadək məzuniyyətə çıxmamışdım. Bu arada ailə də qurmuşdum, 1 gün icazə vermişdilər. Bəlkə də, demək yerinə düşməz, mənim övladım vəfat etmişdi, onun dəfnindən birbaşa işə gəlmişdim, rəhbərim qolumdan tutub evə gətirmişdi ki, axı uşağın anasını evdə niyə tək qoyub işə gəlmisən. Amma mənim vaxtım yox idi, o vaxt ərzində müəyyən istintaq hərəkətləri var idi, onları etməli idim. İstintaq elədir ki, sualı verməyin, tanınmanı həyata keçirməyin də vaxtı var. Bəzən mən bir sualı vermək üçün, tanınma keçirmək üçün prosessual qaydada aylarla hazırlaşmışam. Nə vaxt bu sualı verim ona... Bəzən tanınmanı həyata keçirmək üçün aylarla gözləməli olmuşam. Bir nazir Kislovodska istirahətə gedəndə, çamadanlarını götürüb gəlir təyyarə vağzalına, yola düşür. Sürücü gəlir onun evini qarət edir. Mebelə əl izləri düşür. İndi o sürücüyə dərhal sual versən, deyəcək ki, çamadanları daşıyanda ola bilər ki, əlim dəyib də... Sübut itdi. Gərək bundan sonra xeyli müddət istintaq edəsən ki, o evə girib-girməyib, taksidə barmaq izi qalmışdı, biz şəxsə xeyli vaxt taksiyə minməsi ilə bağlı sual vermədik. Sualın verilmə vaxtı da düzgün seçilməlidir. Qubada və Əzizbəyov rayonundakı işlərin istintaqından sonra mənə növbədənkənar rütbələr verilmişdi. Qəbahət bilirsiniz nədə idi, bir hadisədə 4 adam öldürülüb, ictimai məlumatlarda yazılırdı ki, 1 adam öldürülüb. Guya SSRİ-də 4 adamı öldürmək mümkün deyil.

    - Bildiyimizə görə, ilk dəfə istintaq itlərindən istifadə də sizin araşdırdığınız Qubadakı qətllə bağlıdır.

    - Qubadakı hadisədə elə vəziyyət yarandı ki, it bir neçə dəfə tətbiq edildi və eyni adamı tutdu. Adı Şıxbaba idi, itin hər dəfə onu tutması həm də psixoloji təsir edirdi. Müstəntiq işi elədir ki, gərək müqəssirlə tərəf müqabili ola biləsən, qarşılıqlı inam yarada biləsən. Bu psixologiyanı da gərək formalaşdıra biləsən. Hər dəfə müqəssirdən soruşanda ki, necə oldu, it səni tutdu, elə hey deyirdi ki, murdar olsun o it. Əslində itin kimisə tanıması sübut növü deyil, lakin müttəhimə bir növ psixoloji təsir vasitəsi kimi rol oynayır. Həmin işdə mən şahidlərin siyahısını hazırlayanda istintaq iti ilə tədbiri keçirən kinoloqu ilk sıraya yazmışdım. Bu yolla bir növ müttəhimə təsir edirdik.

    “Vəsiyyətində demişdi ki, həmin cinayəti mən törətmişəm”

    - İstintaq edib aça bilmədiyiniz iş olub?

    - Mən hadisə yerinə gedim, işi araşdırım, lakin açılmasın, olmayıb. Amma açıla bilməyən, bağlı işləri veriblər mənə. Olub ki, sonradan mənə verilən bəzi işlərdən uzun müddət keçib, müəyyən izlər itib, işin istiqaməti əvvəldən fərqli yerə yönləndirilib və nəticədə həmin işin icraatı dayandırılıb. Bəzən olub ki, sonradan o işlər açılır, bəzən təsadüfdən, bəzən başqa cinayət işinin gedişində köhnə işlər də açılır. Yaxşı yadımdadır, Ağstafada bir nəfər vəfat edəndə vəsiyyətində demişdi ki, filan vaxtı, filan cinayəti mən törətmişəm. Sonradan baxmışdılar ki, həmin iş üzrə başqası cəza çəkir. Olur ki, illər sonra təbii olaraq bəzi işlərin üstü açılır. Bəzən elə olur ki, cinayət baş verir, lakin şikayətçi olan olmur. Bakıda bir vəzifəli şəxsin evindən xeyli miqdarda oğurluq olmuşdu, lakin həmin şəxs şikayət etməmişdi ki, birdən soruşarlar, bu qədər var-dövlət səndə haradandır. Lakin başqa cinayət faktı üzrə müqəssirlər tutulanda o, həmin adamın evindən də oğurluq etdiyini etiraf etmişdi, halbuki vəzifəli şəxs şikayətçi olmamışdı və hadisə barədə məlumat verməmişdi. Ümumiyyətlə, şərt deyil 100 faiz deyəsən ki, bütün işlər açılmalıdır. Tarixdə də olub, elə işlər var ki, açılmamış sayılır, məsələn, ABŞ Prezidenti Kennedinin qətli hələ də bağlı qalmış iş hesab edilir. Ümumiyyətlə, mən ona görə yazılarımda da qeyd edirəm ki, ölüm hökmü verilməməlidir. Çünki bəzən səhvlər də olur. İstər istintaq, istər məhkəmə tərəfdən səhvlər ola bilər. Ona görə ölüm hökmü vermək doğru deyil. Həmin şəxslərin yaşaması bəzən başqa işlərin açılmasına da kömək edir, bəzən onlarda sirlər olur, onları əldə etmək də lazım olur.

    “Xəlil Rza Ulutürkə bəraət verdik”

    - İstintaqa, hakimlərə və digər instansiyalara kənar təsirlərlə bağlı nə deyə bilərsiniz?

    - Təsir olur, baxır onu necə qəbul edirsən. Bəzən olur ki, müraciətlərin istiqaməti işin obyektiv araşdırılmasına da kömək edir. Təsir altında işin istiqamətini dəyişməməlisən. Təsirlər həmişə olub və olacaq da. Mən çox təsirlər görmüşəm, amma heç vaxt təsirə təslim olmamışam. O vaxt Xəlil Rza Ulutürkün həbsi... Onu Moskva tutmuşdu, SSRİ DTK tərəfindən istintaq olmuşdu. SSRİ Baş prokurorunun təsdiqi ilə işi bitirib bizə göndərmişdilər. Biz məhkəmədə Nemət Pənahlının işinə baxırdıq. Bir də görürdün yüzlərlə insan məhkəmənin qarşısına gəlib aksiya keçirir. Bunlar hamısı təsir vasitəsidir. Moskva özü də təsir edirdi ki, biz işi belə araşdırıb qurtarmışıq, belə olmalıdır. Xəlil Rzanın işində prokuror ona cəza istəyirdi, biz isə ona bəraət verdik. Bizim qərarımızdan yuxarı instansiyalara şikayətlər etdilər, lakin yenə qərarımızın üstündə dayandıq, təsirlərə təslim olmadıq. Biz o vaxt təsir altında obyektiv olmayan qərar versəydik, mənim indi sizə müsahibə verməyə, bu kitabları yazmağa mənəvi haqqım olmazdı.

    - İkram müəllim, sonda bir neçə il əvvəl Tovuzda baş verən və hələ də hökm elan olunmamış Nərminin qətlə yetirilməsi işi barədə soruşmaq istəyirəm. Bu iş niyə bu qədər dolaşığa düşdü?

    - Mən həmin işlə tanış olmamışam, nə deyə bilərəm ki? Gərək o işi oxuyasan, bütün hallarla tanış olasan, işin içində olasan ki, nə isə deyə biləsən. İstənilən halda cinayət işinin istintaqı elə aparılıb yekunlaşdırılmalıdır ki, sonradan hər hansı sual çıxmasın. Sual yarananda da işin materiallarında həmin sualın cavabı olmalıdır.



    Oxunub: 384
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      27-08-2025
      00:30 | Ermənistan və Rusiya gücləndirilmiş REJİMƏ KEÇİR: Sentyabrın 1-dən...
      00:27 | Ukrayna ordusuna dair dəhşətli STATİSTİKA
      00:25 | “Britaniya-Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik”- Səfir Ferqus Auld
      00:20 | Hökumət 18-22 yaş arası kişilər üçün qaydaları dəyişir - Ukraynada
      00:15 | Makronun vəzifədən uzaqlaşdırılması üçün yeni proses başladı
      00:13 | Tramp ölüm cəzasını bərpa etmək istəyir
      00:10 | Azərbaycanın Ukraynaya göstərdiyi yardımın ümumi həcmi AÇIQLANDI
      00:07 | Zelenski - Putin danışıqları Türkiyədə baş tuta bilər
      00:05 | Azərbaycan və Suriya arasında razılaşma əldə olundu
      00:00 | "İran nüvə proqramı üzrə ABŞ ilə danışıqlara hazırdır"- Abbas Əraqçi
      26-08-2025
      20:45 | Fantastik “ANALİZ QİYMƏTİ”, YERSİZ YOXLAMALAR...- Özbəklər AQTA-dan nə öyrənəcək?
      20:40 | Minsk Qrupunun sentyabrın 1-də LƏĞV EDİLMƏSİ gözlənilir
      20:35 | MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib -  RƏSMİ
      20:30 | İki ölkənin sərhədinə 15 min əsgər yerləşdiriləcək
      20:25 | "Hazırkı vəziyyətdə iki dövlətli həll yolu mümkün deyil"- İsrail səfiri
      20:20 | MOSKVADAKI azərbaycanlıların NƏZƏRİNƏ! - HƏR ADDIMLARI İZLƏNƏCƏK
      20:00 | Ali məktəblərə qəbul üzrə iki mindən çox plan yeri boş qalıb
      18:50 | Rusiya Donetskə zərbə endirib -  150-yə yaxın şəxs şaxtada qalıb
      18:45 | ABŞ-a səyahət bahalaşır: Vizaya əlavə 250 dollar rüsum gəlir
      17:45 | Kartdan pul çıxdı, nə taksi var, nə sürücü...- “Bolt”dan şikayət yağır /VİDEO
      17:40 | AZƏRBAYCANDA MÜƏLLİMLƏRİN SAYI GETDİKCƏ AZALIR - Səbəb nədir?
      17:30 | Bakıda gizli FAHİŞƏLİK ŞƏBƏKƏSİ - Özlərini belə "SATIRLAR" /FOTO
      16:30 | Bələdiyyələr mənzillərə borc bildirişləri göndərir - Əmlak vergisi hansı quruma ödənilməlidir?
      16:20 | Hansı universitetlər təhsil haqlarını əvvəlcədən tələb edir?- AÇIQLAMA
      14:15 | İsrail MN: Hermon dağının işğalını davam etdirəcəyik
      14:00 | ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR... General ZALUJNI -“The Guardian”ın ŞƏRHİ
      13:45 | Dünyanın hansı ölkələrində dəniz suyu içirlər? - Araşdırma
      13:41 | Bakıda orta aylıq əməkhaqqı 11 manat azalıb -  Paytaxtda ən çox və ən az qazanan kimlərdir?
      13:30 | “Nüvə bombası düzəltmək istəyirdik, amma...”- İranlı deputatın açıqlaması Trampı hərəkətə gətirib /VİDEO
      13:23 | "Norveç Ukraynadakı münaqişənin alovuna yanacaq qatır"- Rusiya səfirliyi
      13:00 | SON 80 İLDƏ 2 MİNDƏN ŞOX NÜVƏ SİLAHI PARTLADILIB - TƏSİRLƏRİ HƏLƏ DƏ DÜNYADA QALIR
      12:50 | Ərdoğanın meydan oxuyan bəyanatının ÜNVANI BƏLLİDİR: Yolun sonu gəldi!
      12:45 | Sərhəddə güllələnən erməni hərbçiyə cinayət işi açıldı - SƏBƏB
      12:40 | Hansı universitetlərdə əlavə təqaüdlər verilir?-  SİYAHI
      12:35 | Trampdan Qəzza bəyanatı: 2-3 həftə ərzində yaxşı xəbərlər olacaq
      12:25 | ÖDƏNİŞLİ İXTİSASLARDA TƏLƏBƏLƏR NƏ EDƏCƏK?- "Kreditlərin əhatə dairəsi geniş olmalıdır..."
      12:15 | Ötən il övladlığa götürülən uşaqların sayı açıqlanıb
      12:00 | Bu tələbələrə Prezident təqaüdü - ayda 350 manat veriləcək
      11:55 | Orduda polkovnik da daxil olmaqla 35 HƏRBÇİ BİR-BİRİNİ GÜLLƏLƏDİ
      11:44 | Azərbaycanda elmi tədqiqatçıların sayı məlum olub
      11:35 | DÜNYANI YAXIN 5 İLDƏ GÖZLƏYƏN 5 BÖYÜK MÜNAQİŞƏ - Cənubi Qafqazın adı keçmir, amma...
      11:30 | Ukrayna artıq Pentaqondan icazə istəmir: Rusiyanı bu raketlərlə vurur
      11:22 | ABŞ Prezidenti indi də KXDR lideri ilə görüşmək istəyir
      11:17 | RUSİYA İsrailə İran əleyhinə MƏLUMAT ÖTÜRÜB - ŞOK İDDİA
      11:10 | Ursula fon Der Leyen Almaniya prezidentliyinə namizəd olacaq
      11:05 | AZƏRBAYCANIN BAŞ KONSULLARI KİMLƏRDİR - SİYAHI
      11:00 | Ərdoğandan Zəngəzurla bağlı MÜHÜM MESAJ
      10:55 | Ötən həftə döyüşlərdə 7000-dən çox əsgər ölüb -  TRAMP
      10:53 | Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı işdən çıxarıldı
      10:45 | Pensiya yaşına çatıb PENSİYA ALA BİLMƏYƏNLƏRİN SAYI 166 MİNİ KEÇDİ
      25-08-2025
      19:30 | Rusiya Baş prokuroru istefa verir -  Ali Məhkəməyə sədrlik etmək istəyir
      19:15 | TRIPP-lə TRAMP İRANA ZƏRBƏ VURDU - “Fox News”-un ŞƏRHİ
      19:05 | “İlham, siz böyük lidersiniz”- Tramp Prezidentə hədiyyə göndərdi - FOTO
      19:00 | Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək -  XƏBƏRDARLIQ
      18:55 | Rəqsanənin ərinə də cinayət işi açıldı -  Ölkədən çıxa bilməz /FOTO
      16:05 | Quş qripi TƏHLÜKƏSİ - Bu ölkələrdən idxal MƏHDUDLAŞDIRILDI
      16:00 | ALİ MƏKTƏBLƏRƏ BUİLKİ KEÇİD BALLARI AÇIQLANDI - Linklər
      15:45 | Putin və Pezeşkian Cənubi Qafqazı MÜZAKİRƏ EDİB
      15:40 | Şahin Şıxlinski AĞIR DURUMDA - Hər an ölüm təhlükəsi var
      15:35 | Əhməd əş-Şara BMT Baş Assambleyasında çıxış edəcək
      15:30 | Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
      15:25 | “Avropa liderləri TRAMPA YALTAQLIQ ETMƏYİ SEÇDİLƏR”- Financal Times
      15:15 | Norveç Ukraynaya 8,45 milyard dollar ayıracaq - Yonas Qar Stere
      15:10 | İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
      13:15 | Rayonlarda ətin qiyməti qalxıb...- Bakıda da qiymətlər yenidən arta bilər
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Trampın valideynləri - ABŞ lideri: “ANAM cənnətdədir, ATAM haqda isə... BUNA ƏMİN DEYİLƏM"- FOTOLAR
      12:50 | Universitetlərdə 3 mindən artıq boş yer qalıb -  TARİX AÇIQLANDI
      12:45 | Türkiyə hərbi kontingent göndərilməsi barədə hələ QƏRAR VERMƏYİB
      12:40 | TAKSİ sürücüsü olmaq istəyənlər İMTAHAN VERƏCƏK -  RƏSMİ
      12:35 | Viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
      12:30 | TÜRKİYƏ UKRAYNAYA QOŞUN GÖNDƏRƏCƏK? -  Rusiya narahatdır
      12:25 | Ötən il Azərbaycanda qarayaraya yoluxanların sayı artıb
      12:20 | ABŞ-dan gözlənilməz HƏMLƏ – NATO qüvvələri Rusiya ilə sərhəddə TOPLANDI
      12:15 | İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
      12:00 | “Sədərək” ticarət mərkəzindən yanğınla bağlı AÇIQLAMA
      11:55 | TRAMPIN QUDASI ABŞ-la Fransa arasında gərginliyə SƏBƏB OLDU -  DİPLOMATİK QALMAQAL
      11:45 | Rusiyanın strateji obyektləri VURULDU -  Ukrayna “Müstəqillik Günü”ndə qisas alır
      11:40 | MAGA-nın zaman maşını: Amerika 1950-Cİ İLƏ GERİ QAYIDIR
      11:35 | Paşinyandan erməniləri təşvişə salan elan: Bakıya verilən söz tutuldu
      11:30 | İran və "Avropa üçlüyü" arasında nüvə danışıqları sabah Cenevrədə keçiriləcək
      11:25 | LAVROVUN SSRİ “BURCUTMASI”...- XİN başçısı öz mesajından niyə imtina edir?
      11:20 | Gözünün qarşısında 2000 manat pulunu oğurladırlar -  DETALLAR /VİDEO
      11:15 | Əhali təşvişə düşməsin! - Yararsız döyüş sursatları məhv ediləcək
      11:10 | İsrailin Yəmənə hava hücumu: Ölən və yaralananlar var
      11:05 | Məhbusların həyatı indi Netanyahunun əlindədir - Zamir
      11:00 | NAZİR MƏCNUN MƏMMƏDOVUN "UNİKAL" KOMANDASI -  Ölkənin kənd təsərrüfatı kimlərin əlinə keçib? /FOTOLAR
      10:55 | İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür?
      10:50 | Dizellə işləyən avtomobillərlə bağlı MÜHÜM XƏBƏR - VİDEO
      10:45 | Avropa poçt xidmətləri ABŞ-a bağlama göndərməyi dayandırır
      10:40 | "Sədərək"də sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?- Deputat açıqladı
      24-08-2025
      23:00 | “Sədərək”də yanan mağazanın 1,5 MİLYONA YAXIN BORCU VARMIŞ?
      22:30 | "Ukraynanın cəsarəti çoxlarını ruhlandırır"- Tramp
      22:25 | Zelenski İlham Əliyevə və Azərbaycana təşəkkür etdi
      22:15 | ATTESTATDA “5” ALIR, QƏBULDA AŞAĞI BAL TOPLAYIR...-  KİMDİR GÜNAHKAR?
      22:10 | Alyaska arxiyepiskopu Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ
      22:05 | Qəzzada 16 fələstinli ÖLDÜRÜLDÜ - “Əl-Cəzirə”
      22:02 | Rusların oğurladığı ukraynalı mer geri qaytarıldı
      22:00 | "Sədərək"də yanan obyekt "Super Toys" şirkətinə məxsus imiş
      21:45 | Ermənistan-Azərbaycan sülh prosesi FAKTLARLA ABŞ NƏŞRİNDƏ - Bir tərəfin iztirabını unutmaqla sülh əldə olunmayacaq
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.