Azərbaycan millisi fransızlara qarşı - "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
Futbol üzrə Azərbaycan milli komandası bu gün 2026–cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirəcək.
D qrupu III turunda Ayxan Abbasovun çalışdırdığı yığma Parisin "Parc des Princes" stadionunda Fransa ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, hazırda Fransa qrupda 6 xalla liderdir, İslandiya 3 xalla ikinci, Ukrayna və Azərbaycan isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşür.
Xatırldaq ki, Azərbaycan millisi tarixində ən böyük hesablı məğlubiyətini Fransa ilə qarşılaşma zamanı alıb. 1996-cı il tarixində keçirilən matçda Fransa Azərbaycanı 10–0 hesabı ilə məğlub etmişdi.
Hazırda “Transfermarkt”ın məlumatına görə, Fransa millisinin ümumi bazar dəyəri 1,2 milyard avro civarındadır. Komandanın heyətində Kilyan Mbappe (180 milyon avro), Orelian Çuameni (90 milyon avro), Teo Hernandez (60 milyon avro) kimi dünya səviyyəli futbolçular yer alır. Fransa millisinin oyunçularının əksəriyyəti “Real Madrid”, “PSG”, “Bayern” və “Arsenal” kimi aparıcı klublarda çıxış edir.
Azərbaycan millisinin ümumi dəyəri isə təxminən 18 milyon avrodur. Komandanın ən dəyərli oyunçuları arasında Mahir Emreli (1,2 milyon avro), Emin Mahmudov (900 min avro) və Toral Bayramov (800 min avro) yer alır.
Analitiklərin fikrincə, bu qarşılaşmada Fransa millisi aşkar favoritdir. Evdə oynaması, heyətinin dərinliyi və son aylardakı forması onların qələbə ehtimalını 90 faizdən yuxarı göstərir.