Əlahiddə Çevik Polis Alayının manqa komandiri zəhərlənərək ölüb
Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib. Araşdırma aparılır.
Oxunub: 16
Paylaş: