Bir ton çətənə kolu məhv edildi
Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər.
Globall.az bildirir ki, bu barədə Mansetaz-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş: