Məşhur restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb
“50 qəpik” restoranlar şəbəkəsinin külli miqdarda vergi borcu yaranıb.
Globall.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəbəkənin yığılmış vergi borcu 68 500 manatı ötüb.
Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Qeyd edək ki, “50 qəpik yemək bazarı” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Rəşid Süleyman oğlu Dadaşovdur.
Xatırladaq ki, şəbəkənin paytaxt ərazisində bir neçə restoranı mövcuddur.
Oxunub: 124
Xəbəri paylaş
Paylaş: