Azərbaycanda unun topdansatış qiymətləri –
RƏSMİ (SİYAHI)
Globall.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, son günlər Azərbaycanda unun qiyməti bahalaşıb. Ötən ayla müqayisədə unun topdansatış qiymətində 2-4 manat artım qeydə alınıb. Bahalaşmanın səbəbləri göstərilməsə də istehsalçılar bu məhsulu yeni qiymətə təklif edirlər. Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 27,40-29 manat aralığında dəyişir. Ötən ay isə bu rəqəm 24,60-26,70 manat idi. Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM və “Nural” MMC tərəfindən bazara təqdim olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.