“Paşinyan özü şərait yaratdı ki, keşişin gücünü görsün”:
Politoloqdan AÇIQLAMA
Məlumata görə, Baqrat Göyçə mahalında mitinq keçirəcək. Həmçinin keşiş bildirib ki, yaxın gələcəkdə Zəngəzura da getmək niyyətindədir. Sizcə Baqratın Azərbaycanla sərhəddə mintinq etməsinin əsas səbəbi nədir? Baqrat Paşinyanı devirə biləcəkmi? Belə bir şansı varmı? Globall.az bildirir ki, mövzu ilə bağlə politoloq Elxan Şahinoğlu Turkustan.az-ın suallarını cavablandırıb. Politoloq bildirib ki, “erməni keşişi artıq tükənmək üzrədir. Bütün addımları həyata keçirdi, amma nəticə əldə edə bilmir. İrəvanda mitinq etdi, nazirliklərin qarşısında etirazlar etdi, Ermənistanın digər şəhərlərini gəzdi. Amma proses getdikcə səngiyir və radikallar belə başa düşürlər ki, erməni keşişinə müqavimət işə yaramadı. Keşişi vasitəsi ilə də artıq Paşinyanı devirə bilməyəcəklər. Bu da Paşinyanın əslində imkan yaradır ki, Azərbaycanla məsələləri həll etsin. Əslində belə görünür ki, Paşinyan özü şərait yaratdı ki, bu keşişə görsün ki, keşişin gücü nə qədərdir, potensialı nə qədərdir. Görəndən sonra da çox insanı toplaya bilmir, Paşinyan özü üçün də rahatlandı. İndi hesab edirəm ki, əslində Paşinyana qarşı elə bir müqavimət hərəkatı yoxdur. Ona görə də Paşinyan əslində bu imkandan istifadə edib, Azərbaycanla məsələlərin həllini sürətləndirə bilər”.“Vətən uğrunda Tavuş” revanşist hərəkatının lideri, keşiş Baqrat Qalstanyan Azərbaycanla sərhədə gəlir.