Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır
Globall.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəhərin 2 nömrəli yaşayış massivinin 4-cü məhəlləsi üzrə 126 mənzildən ibarət yaşayış binalarının inşasına başlanılır. 2, 3, 4 və 5 otaqlı mənzillərdən ibarət 6 ədəd yaşayış binası 3, 4, 5, 6 və 7 mərtəbəli olacaq. Burada söhbət 16, 17, 19, 20, 21 və 22-ci binaların tikintisindən gedir. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti inşaat işlərinin 18 273 253 manata başa gələcəyini ehtimal edir.
Ağdam şəhərində genişmiqyaslı tikinti işləri sürətlə davam etdirilir.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: