Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İlham Əliyev: Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir
  • Prezident: “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş qlobal layihəyə çevriləcək”
  • Avropa İttifaqı ilə artıq dialoqa başlamışıq - İlham Əliyev
  • Prezident İlham Əliyev: “Azərbaycan qazına ehtiyac artmaqdadır”
  • Prezident: “Azərbaycan ilin sonuna kimi Macarıstan və Serbiyaya təbii qaz tədarük edə biləcək”
  • İlham Əliyevin bugünkü çıxışının TAM MƏTNİ

    • Tarix: 5-06-2024, 13:15

    İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib.

    Globall.az    xəbər verir ki, dövlətimizin başçısı açılış mərasimində çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    -Sabahınız xeyir xanımlar və cənablar.

    Əvvəlcə bütün qonaqlarımızı salamlamaq istəyirəm. Azərbaycana xoş gəlmisiniz. Əvvəla, təşkilatçılara minnətdarlığımı bildirmək istəyirəm. Artıq qeyd edildiyi kimi, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

    Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu.

    Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı.

    Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi – bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

    Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.

    Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra – 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu. Biz investorlarımızla çox məhsuldar münasibətlər qura bildik. Məhz bunun nəticəsidir ki, BP şirkəti otuz ildir bizim strateji tərəfdaşımızdır və bundan sonra da ən azından otuz il ərzində strateji tərəfdaşımız olaraq qalacaq. 1994-cü ildə Birləşmiş Krallıqdan BP və ABŞ-dan “Amoco” beynəlxalq neft şirkətləri konsorsiumuna rəhbərlik edirdilər və onlar bizə etibar etdilər.

    Dediyim kimi, bura çox riskli bir ölkə idi, investorlar həmişə siyasi çətinliklərə və geosiyasətə qarşı həssasdırlar. Lakin onlar hökumətə və xalqa etibar etdilər. Qeyd etdiyim kimi, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi.

    Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.

    Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

    Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.

    Beləliklə, “Şahdəniz” Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

    Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik.

    Bir az sonra iştirak edəcəyimiz mərasim haqqında danışarkən qeyd etdim ki, bu, sadəcə, başlanğıcdır. Yeri gəlmişkən, ötən ilin oktyabrında “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.

    Hazırda iki layihə işlənilməkdədir – onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.

    Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.

    Bu gün həqiqətən də əlamətdar gündür. Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır. Artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

    Hesab edirəm ki, BƏƏ-dən bir il sonra Azərbaycanın COP29-a ev sahibliyi etməsi heç də təsadüf deyil. BƏƏ-nin bizə ötürdüyü miras olduqca dəyərlidir. Birincisi, mən dostum nazir Sultan əl-Cabiri təbrik etmək istəyirəm və salamlarımı qardaşım, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zahid Əl-Nəhyana çatdırmağı xahiş edirəm. Həmçinin COP istiqamətində irəlilədiyimiz bu mürəkkəb yolda qardaşımın dostluğuna, tərəfdaşlığına və dəyərli tövsiyələrinə görə təşəkkürümü bildirirəm.

    Bu, asan iş deyil, lakin biz buna hazırıq. Dəfələrlə dediyim kimi, neft və qaz ehtiyatlarına sahib olduğumuza görə bizi heç kəs günahlandıra bilməz. Bunu bizə Allah yetirib. Bizim işimizə bu ehtiyatların mövcudluğu əsasında deyil, onlardan hansı şəkildə istifadə etdiyimizə görə qiymət verilməlidir. Biz bu sərvəti müxtəlif vasitələrlə cəmiyyətə yönəltmişik, biz inklüziv cəmiyyət qura bilmişik, biz yoxsulluğu 50 faizdən 5 faizə endirə bilmişik, biz xarici borcumuzu təxminən 100 faizdən 7,7 faizə endirməyə müvəffəq olmuşuq.

    Yəni, bizə qiymət verilən zaman bütün bu amillər nəzərə alınmalıdır. Bununla yanaşı, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik.

    Azərbaycanda iqlim dəyişikliyi Xəzər dənizinin sahilinə nəzər salarkən görünür. İldən-ilə biz dənizin geri çəkildiyinin şahidi oluruq və bunun səbəbi iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətidir. Çünki Xəzər dənizini qidalandıran mənbə çaylar sərhədlərimizin hüdudları kənarındadır. Bizim bununla bağlı məsuliyyətimiz sıfra bərabərdir və heç bir ciddi tədbirlər görülməzsə, biz böyük bir fəlakətlə üzləşəcəyik. Biz dənizi əlavə su həcmləri ilə təmin etmək üçün yeni bəndlər və su toplanması üçün anbarlar inşa edirik. Lakin Xəzər dənizini qidalandıran əsas mənbələr Azərbaycanda deyil.

    İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq.

    Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçün isə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik.

    Xanımlar və cənablar, bir daha Azərbaycana xoş gəlmisiniz. Bu gün həqiqətən tarixi bir gündür. Artıq qeyd etdiyim kimi, iyunun 4-ü tariximizdə “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacaqdır. Əlbəttə ki, bu vacib toplantı hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnir və əminəm ki, budəfəki Bakı Enerji Həftəsində mühüm nəticələr əldə ediləcək.

    Sizə ən xoş arzularımı çatdırır və fürsətdən istifadə edərək, hər birinizi bu ilin noyabrında COP29-da qonağımız olmağa dəvət edirəm.

    Diqqətinizə görə sağ olun.

    X X X

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.

    Sonra dövlətimizin başçısı sərgilərlə tanış olub.


    Oxunub: 157
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.