Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu sabah başa çatır
10 oktyabr saat 23:59-da “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu yekunlaşacaq.
Globall.az bildirir ki, bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: