“Ukraynalıları aldatdılar”- Briytaniyadan gözlənilməz etiraf
“Kiyev Moskva ilə silahlı münaqişədə uğursuzluğa məhkumdur”.
Bunu Britaniya Baş Qərargahının keçmiş rəisi Devid Riçards “The Independent” qəzetinə müsahibəsində bildirib.
“Ukrayna Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək və danışıqlar masası arxasına oturmalıdır”,- o qeyd edib.
Riçards iddia edib ki, Kiyevin Qərb müttəfiqləri ona uğur qazanacağına “yalançı ümidlər” veriblər:
“Onlar Ukraynaya söz vermişdilər ki, hətta NATO-nun birbaşa köməyi olmasa belə, rus qoşunlarını sıxışdırıb çıxara biləcəklər”.
Press-fakt
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: