"İsrail Qəzzaya 153 ton bomba atıb" - Netanyahyu
İsrail ordusu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq Qəzza zolağına 153 ton bomba atıb.
"Ynet" portalı xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Knessetdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində hərəkatın yüksək rütbəli komandirləri də daxil olmaqla onlarla hədəf məhv edilib.
"Təəssüf ki, atəşkəs zamanı iki əsgərimiz həlak olub", - Netanyahu qeyd edib.
Xatırladaq ki, oktyabrın 19-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağına zərbələri bərpa edib./report
Oxunub: 13
Xəbəri paylaş
Paylaş: