Trampa qarşı növbəti sui-qəsd cəhdi - Snayper qülləsi aşkar edildi
ABŞ Prezidenti Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.
Məlumata görə, Trampın Florida ştatındakı "Palm Biç" Beynəlxalq Hava Limanına gəlməsindən əvvəl, "Air Force One" təyyarəsinin eniş xəttini görən bir snayper qülləsi aşkar edilib.
Hadisə dərhal nəzarət altına alınıb və FBI tərəfindən istintaq başlanılıb.
"Fox News Digital" -a danışan rəsmilərin sözlərinə görə, şübhəli qurğu cümə axşamı günü aşkar olunub. FBI direktoru Kaş Patel bildirib ki, hazırda bu qüllə ilə bağlı heç bir şəxs müəyyən edilməyib.
ABŞ Gizli Xidmətinin kommunikasiya direktoru Entoni Quqlielmi hadisə ilə bağlı araşdırmanın FBI və Palm Beach County polisi ilə sıx əməkdaşlıq çərçivəsində aparıldığını təsdiqləyib.
Xatırladaq ki, ötən ay da Trampa qarşı bir sui-qəsd cəhdi baş vermişdi. Rayan Rout adlı şəxs Trampın "Palm Beach"-dəki qolf sahəsində hasarın yanında gizlənərək atəş açmış, lakin məqsədinə çata bilməmişdi.